Accessibility links

Elmar Məmmədyarov narkotik probelminə qarşı qlobal çağırış tədbirində iştirak edib


Xarici işlər naziri Elmar Məmmədyarov

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 24-də BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə təşkil olunan “Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış” adlı tədbirdə iştirak edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə tədbirdə ABŞ prezidenti Donald Tramp və BMT-nin baş katibi Antonio Quterreş çıxış edərək narkotiklər probleminin dünyada yaratdığı sosial, iqtisadi, humanitar və təhlükəsizlik risklərinə dair məlumat verib və BMT üzv dövlətlərini “Dünyada narkotiklər probleminə qarşı fəaliyyətə dair Qlobal Çağırış” adlı sənədə qoşulmağa dəvət ediblər.

“Azərbaycanın qoşulduğu sözügedən sənəd BMT üzv dövlətlərini narkotik vasitələrdən istifadənin azaldılması və onların qanunsuz dövriyyəsinə qarşı mübarizə və qeyd olunan istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə çağırır”, mətbuat xidmətinin məlumatında qeyd edilir.

XS
SM
MD
LG