Accessibility links

İrandan gətirilən narkotik maddə və psixotrop dərmanlar götürülüb


Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) 10 kq 530 qram narkotik vasitə və 5010 ədəd psixotrop tərkibli dərmanlar aşkar edərək götürüb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat mərkəzinin məlumatına görə, oktyabrın 11-də Sərhəd Qoşunlarının “Horadiz” sər­həd dəstəsi Beyləqan rayon 2-ci Şahsevən kəndi (Bakıdan 291 kilometr cənub-qərb) ərazisində dövlət sərhədini pozaraq İrandan Azərbaycana keçmək istəyən 1 nəfər naməlum şəxs müəyyən edib. O, əlindəki əşyanı ataraq geriyə İrana qaçıb. Naməlum şəxsin əşyalarından10 kq 530 qram narkotik vasitə və 5010 ədəd psixotrop tərkibli dərmanlar aşkar edilib.

Hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

XS
SM
MD
LG