Accessibility links

NASA dərin fəza naviqasiyası üçün atom saatı hazırlayır [Video]


NASA dərin fəza naviqasiyası üçün atom saatı hazırlayır
please wait

No media source currently available

0:00 0:02:08 0:00

Bütün dünyaya səs-küy salmış Falcon Heavy-nin fəzaya istiqamət tutmasından bir neçə gün sonra Space X şirkəti elan etdi ki, iyun ayına planlaşdırılan növbəti uçuş zamanı raketin daşıyacağı yük arasında NASA alimlərinin hazırladığı atom saatı olacaq.

Hətta Space X şirkətinin rəhbəri, İlon Mask Falcon Heavy-nin ilk uçuş cəhdinin uğurlu olub-olmayacağına əmin deyildi.

“Mən düşünmürdüm ki, bu çalışacaq. Raketin yerindən tərpəndiyini müşahidə edəndə, mən bunun çalışmamasına səbəb olacaq min şey görürəm. Çalışdıqda isə heyranedici olur.”

27 raket mühərriki ilə Falcon Heavy Beynəlxalq Fəza Stansiyası və digər peyklərin olduğu Yerin aşağı orbitinə 64 ton çəkiyə qədər yük daşıya bilər.

Raketin növbəti uçuşu iyun ayına planlaşdırılıb. Hələlik daşınacaq yüklərin nə olacağı məlum deyil, yalnız birindən başqa – NASA-nın istehsal etdiyi müasir texnologiya nümunəsi, yeni Dərin Fəza Atom Saatı.

Hal-hazırda həmin qurğu NASA-nın Kaliforniya laboratoriyasında sınaqlardan keçir.

Con Lov atom saatlarını istehsal edən Milli Standartlar və Texnologiya İnstuitutunun alimidir.

“Zaman məsafədir və əgər sənin fəzada atom saatın varsa, bu sənin naviqasiya prosesinə bir yardımdır. Ona görə də saat nə qədər yaxşıdırsa, onun naviqasiyada istifadəsi o qədər rahatdır.”

NASA-dan verilən məlumata görə, Dərin Fəza Atom Saatı 10 il ərazində yeddi milyon saniyədən çox itirməyəcəyi ehtimal edilir. Bu mikrodalğalı sobadan daha az göstəricidir və xüsusi olaraq sərt fəza mühiti üçün hazırlanıb.

Atom saatı radio siqnalların Yer ilə fəza gəmisi arasında səyahətini dəqiqliklə ölçür. Bu nəzarətçilərə imkan verir ki, avstonavtların harada olduqlarını və harada olacaqlarını deyə bilsinlər.

Fəza gəmisinə daha yaxın mövqeləndirilən atom saatı avstronavtlara Yerdən siqnaq gözləmədən, müstəqil naviqasiya etməyə kömək edəcək.

“Düşünürəm ki, bugünlərdən başlayaraq bütün dərin fəza missiyalarının atom saatı olacaq.”

NASA mühəndisləri deyirlər ki, gələcəkdə peyklərlə çalışan qlobal mövqeləndirmə sistemini yaxşılaşdırmaq üçün daha kiçik atom saatları düzəldəcəklər.

XS
SM
MD
LG