Accessibility links

NASA-dan COVID-19 xəstələrinə kömək - yeni ventiliyatorlar hazırlanır


Dünyadakı alimlər koronavirusla mübarizə üçün böyük səylə çalışır. Kosmik səyahətlərimizi daha da genişləndirməyə səy göstərən laboratoriya da bu sahəyə öz töhfəsini verməyə çalışır.


Ötən bazar ertəsi Cygnus adlı yükdaşıyan kosmik gəmi uğurla Beynəlxalq Kosmik Stansiyadan ayrılıb. Gəmi fevralın 18-də göyərtəsində bir neçə ton tədarük və elmi təcrübələr aparmaq üçün ləvazimatlarla birlikdə stansiyaya birləşmişdi.

NASA bildirir ki, "Cygnus" yük gəmisi Beynəlxalq Kosmik Stansiyaya olduqca vacib ləvazimatlar çatdırıb, lakin indi ora ilə sağ ollaşır.

Lakin bu həftənin ən mühüm xəbəri NASA-nın Kaliforniyadakı Reaktiv İtələyici Laboratoriyasından gəlib. Belə ki, mexatronika üzrə mühəndis Mişel İster kimi ondan çox elmi işçi COVID-19 xəstələri üçün VITAL adlı ventilyator ərsəyə gətirib.

Mişel İster bildirir ki, "Bu ventilyator təchizatındakı yaranmış boşluğu doldurmağa kömək olaraq COVID-19 böhranı səbəbindən meydana gələn bir işdir. Bizim hazırladığımız dizayn nəfəs alma cihazını ucuz qiymətə, asanlıqla, sürətlə, kütləvi istehsal etməyə imkan verir”.


Qeyd ədək ki, alimlər VITAL-ı cəmi 37 gün ərzində hazırlayıblar.

"Belə bir mühəndislik cihazının hazırlanıb ərsəyə gəlməsi, eləcə də bizim hazırladığımız testlərdən keçirilməsi üçün bu, çox qısa bir vaxtdır. Cihaz hətta istifadə üçün artıq təsdilənib" deyə Mişel bildirir.

ABŞ-ın Ərzaq və Dərman İdarəsi 30 apre tarixində VITAL-ın prototipini "Fövqəladə hallarda İstifadə Səlahiyyəti" məqsədi ilə istifadə ediliməsi üçün təsdiqləyib. Bu isə layihənin sürətli şəkildə həyata keçirilməsinə kömək edib. NASA isthesalçı şirkətlər üçün cihazın çertiyojunu təklif edib. İster indi COVID-19 böhranı şəratitində daha ümidverici görünür - “Hazırda bir çox fərqli insanlar ayağa qalxıb həll yolunu tapmaq üçün təşkilatlanır ki, bu, həqiqətən həvəsləndirici və ruhlandırıcıdır. Bu bizə hamımızın birlikdə olduğunu xatırladır”.

Qeyd edək ki, VITAL NASA laboratoriyasında hazırlanıb ərsəyə gətirilən iki layihədən birincisidir. Easter deyir ki, həyətyanı sahələrdə istifadə olunan motorlu hava üfürən aparatda olduğu kimi motorla təchiz olunan ikinci cihaz çox tezliklə hazır ola bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG