Accessibility links

NASA ilk dəfə yalnız qadınların iştirakı ilə kosmik gəzinti planlaşdırır


ABŞ fəza agentliyi NASA tarixdə ilk dəfə iki qadın astronavtın açıq kosmosa çıxışını planlaşdırıldığını təsdiqləyib.

NASA sözçüsü çərşənbə günü CNN telekanalına “martın 29-da yalnız qadınlardan ibarət komanda ilk dəfə açıq kosmos gəzintisi həyata keçirəcək" , söyləyib.

Astronavtlar An Makleyn və Kristina Kok tərəfindən təşkil edilən kosmik fəza gəzintisi martın 14-də başlayacaq Ekspedisiya 59-un üç kosmik gəzintisindən ikincisi olacaq.

Kok Ekspedisiya 59-un üzvüdür, Makkleyn isə hal-hazırda Beynəlxalq Kosmik Stansiyanın üç üzvündən biridir.

Kosmosda olacaq iki qadına Texas ştatının Hyuston şəhərində idarə etmə qurğusundan Kanada Fəza Agentliyinin uçuş nəzarətçisi Kristen Façol yeddi saat davam edəcək kosmik gəzintiyə kömək edəcək.

Kişi astronavtlar Nik Haq və Devid Sen-Jak birinci və üçüncü kosmik gəzintidə iştirak edəcək.

Kosmik gəzinti zamanı nə ediləcəyi hələ dəqiq deyil. NASA-nın dediyinə görə, kosmik gəzintilər təmir, avadanlıqların sınağı və təcrübələr aparmaq üçün keçirilir.

XS
SM
MD
LG