Accessibility links

NASA karbon dioksidin Yer kürəsinə təsirinin fotolarını nümayiş etdirib


NASA karbon dioksidin Yer kürəsinə təsirinin fotolarını nümayiş etdirib
please wait

No media source currently available

0:00 0:03:06 0:00

NASA karbon dioksidin Yer kürəsinə təsirinin fotolarını nümayiş etdirib

Beynəlxalq ictimaiyyət bazar ertəsi 49-cu Yer Kürəsi Gününü qeyd edib. Hərəkatın təsisçiləri qeyd edirlər ki, 2020-ci il gələcək nəsillər üçün planetin qorunmasına yönəlmiş iqtisadi və siyasi dəyişikliklər tələb etmək üçün bütün dünyada insanların səfərbər edilməsində mühüm bir il olacaq.

Elm insan fəaliyyətinin planeti məhv etdiyini deyir. Fəallar heyvanları öldürən, okeanları qurudan, buzlaqları əridən tendensiyalara son qoymaq üçün qlobal səylərə çağırış edirlər. Alimlər qlobal istiləşmədə bir sıra siyasi və iqtisadi liderlər tərəfindən rədd edilmiş karbon emissiyalarını günahlandırırlar.

NASA aprelin 22-i qeyd olunan Yer Kürəsi Gününün 49 illiyində karbon dioksidinin Yer planetini nə qədər istiləşdirdiyini göstərən peyk görüntülərini yayıb.

"Atmosferdə karbon dioksidin artığını görürük. Bunun nəticəsi olaraq, hava və okeanlar istiləşib. Okeanların oksidləşməsi baş verir. Okeanların səviyyəsi qalxır, bir sıra iqlim dəyişikliyi halları artır," NASA alimi Karlos del Kastillo deyir.

Peyk görüntüləri həmçinin meşələrin kəsilməsinin nəinki regiondakı iqlimə, həmçinin planetimizə də təsir etdiyini nümayiş etdirir. Onlar buzlaqların əriməsi səbəbilə suların səviyyəsinin artdığını göstərir. Fossil yanacağın, meşələrin kəsilməsinin, həddindən artıq tullantılar və insanlar tərəfindən digər fəalliyyətlərin Yer kürəsinə mənfi təsirinə dair dəlillərin artmasına baxmayaraq, gəlirli sənaye sahələrinin təsirini hiss edən dünya liderləri elmə diqqət verməyib, bəzən hətta inkar edirlər.

Lakin daha gənc nəsil onlara qalacaq planetin vəziyyətindən narahatdır və bu haqda daha çox çıxışlar edirlər. İsveçli məktəbli qız Qreta Tunberq qlobal tələbə aktivliyinin sımasına çevrilib. O, bazar günü Londonda "Yoxolma üsyanı" adlı tədbirdə çıxış edib.

"Bu belə olmamalı idi, lakin heç kim heç bir addım atmadığı üçün biz belə etməli olduq. Mübarizəmizi heç vaxt dayandırmayacağıq. Planetimiz, özümüz, uşaqlarımız və nəvələrimizin gələcəyi üçün mübarizə etməyə davam edəcəyik", isveçli gənc fəal Qreta Tunberq deyir.

Gələn il aprelin 22-si Yer Kürəsi Gününün 50 illiyi qeyd olunacaq. 1970-ci ildə bu hərəkatın yaranmasına kömək edən Denis Hayesın sözlərinə görə, 2020-ci il qlobal iqlim hərəkatında dönüş ili olacaq.

"2020-ci il Yer Kürəsi Gününun məqsədi mümkün qədər genişmiqyaslı hərkat yaratmaqdır. Bu, siyasi və iqtisadi sistemlərin planetimizə mənfi təsirini bilən, lakin ümidə bir səbəb olsa, dəyişiklik tələbi ilə ayağa qalxa bilən insanları ruhlandırmağa yönələcək", Yer Kürəsi gününün təsisçisi Denis Heyes deyir.

Heyes Twitter və digər sosial media şəbəkələri ilə 2020-ci il ABŞ seçkilərini, eləcə də növbəti iki ildə digər 60 ölkədə keçiriləcək seçkiləri müşayiət etmək üçün "Yer Kürəsinə Səs Ver" təşəbbüsünə başlamaq üzərində işləyir. Təşəbbüs ətraf mühitin seçicilər üçün ən vacib məsələlərdən birinə çevrilməsinə yönəlib. Heyes son zamanlar Amerikada eynicinslilərin nikahı, Yeni Zelandiyada silaha nəzarət və ozon dəliyini bərpa etmək üçün qlobal hərəkatda irəliləyişin məsələyə münasibətin dəyişə biləcəyini göstərdiyini deyir.

XS
SM
MD
LG