Accessibility links

NASA Opportunity missiyasının sona çatdığını elan edib


Qırmızı Planetdə 14 il fəaliyyət göstərdikdən sonra ABŞ Fəza Agentliyinin alimləri Mars Opportunity rover missiyasının sona çatdığını elan edib.

Roverin 8 ay öncə Marsda fırtınaya düşməsindən sonra Yer kürəsi ilə əlaqəsi kəsilib. Roverlə 8 yüzdən çox əlaqə yaratmaq cəhdindən sonra çərşənbə günü missiyanın idarəçiləri onun bitdiyini elan edib.

"Minnətdarlıq və hörmət hissi ilə Marsın Opportunity roveri ilə tədqiqat missiyasının sona çatdığını elan edirəm", Nasa alimi Tomas Zurbuxen deyib.

Opportunity 2003-cü ildə fəzaya göndərilib və bir il sonra Marsda öz əkizi Spirit adlı roverin yanına çatıb. Qolf maşını ölçüsündə olan hər iki roverin Marsda cəmi 90 gün keçirəcəyi planlaşdırılıb. Lakin Opportunity və Spirit istifadə müddətini 60 dəfə aşıb və Günəş panellərindən istifadə edərək Marsı tədqiq edib.

Hər iki rover qədim Marsın səthində su və mikrob həyatının ola biləcəyinin sübutunu tapıb.

Spirit-lə 2010-cu ildə əlaqə kəsilib.

Oportunity missiyasının sona çatması NASA-nın Marsdakı tədqiqatlarının sonu deyil. Digər rover Curiosity 2012-ci ildən Marsın digər hissəsində tədqiqatlar aparır.

Gələn il biri Çin, digəri Rusiya və Avropanın birgə səyləri ilə iki rover Qırmızı planetin tədqiqinə yollanacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG