Accessibility links

NASA-nın raketi partlayıb


Beynəlxalq Fəza Stansiyasına təchizat daşıyan insansız raket hava qalxdıqdan bir neçə saniyə sonra partlayıb.

Fəlakət Günəşin batmasından az sonra Atlantik okeanındakı Virciniya ştatının Vallop Aylənd adasında yerləşən Milli Aeronavtika və Kosmos İdarəsinin raket buraxma təsisində (NASA) baş verib.

Antares raketi raketburaxma yatağına düşüb və çox böyük atəş topuna çevrilib.

Orbital Elmlər Korporasiyası tərəfindən təsis edilən raket kosmik stansiyaya 2 ton yemək, eksperiment və digər təchizatların olduğu yük gəmisini aparırdı.

Qəza nəticəsində xəsarət alan olmayıb. NASA rəsmisi Villiam Görstenmayer kosmik stansiya ekipajının həyati əhəmiyyətli heç bir yükün zəzər çəkmədiyini bildirib.

Orbital Elmlər NASA-nın 2011-ci ildə yük gəmilərini orbitə göndərmək üçün işlədiyi iki özəl şirkətdən biridir. Digər iki şirkət isə Space X və Boinqlə 2017-ci ildə avstronavtların Beynəlxalq Fəza Stansiyasına göndərmək üçün müqavilə imzalanıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG