Birləşmiş Ştatlar astronavtları ABŞ ərazisindən orbitə göndərmək istiqamətində mühüm addım atıb.
ABŞ-ın fəza agentliyi NASA Boeing və Space Exploration Texnology özəl şirkətinə astronavtların Beynəlxalq Fəza Stansiyasına göndərilməsi və geri gayıtması üçün kosmik gəmilərin inşası lahiyəsini həvalə edib.
NASA-nın rəhbəri Çarles Bolden bildirib ki, Obama administrasiyası ABŞ-ın astronavtlarını fəzaya göndərmək üçün başqa ölkələrdən aslı olmadığını açıq bildirib.
Boeing lahiyəyə görə 4.2 miliyard, SpaceX şirkəti isə 2.6 miliyard dollar qonorar alıb.
Çarles Bolden həmçinin deyib ki, özəl şirkətləri orbitə kosmik missiyaya cəlb etməklə NASA Marsa astonavt göndərmək kimi digər əsas araşdırmalar üzərində işləməyə imkan yaradacaq.
NASA-nın fəza gəmisinin xidməti başa çatdıqdan sonra 2011-ci ildən başlayaraq ABŞ astronavtları Beynəlxalq Fəza Stansiyasına Rusiya raketləri vasitəsi ilə çatdırılıb. Bu xidmət NASA-ya hər bir astronavtı üçün 70 miliyon dollardan çox vəsait hesabına başa gəlib.
Fəza agentliyi 2017-ci ildən başlayaraq ABŞ ərazisindən astronavtları Beynəlxalq Fəza Stansiyasına göndərəcəyinə ümid edir.