Mütəxəssislər vulkanik fəaliyyət üçün bu ilin çox gərgin bir il olduğunu deyirlər. Lakin NASA alimlərinin dediyinə görə, indi onlar insan həyatlarını qorumaq üçün püskürmələri əvvəlcədən təxmin edə bilir.
Qvatemalanın püskürən Pakaya vulkanı bir tərəfindən aşağı axır. Yerli xilasetmə qrupları hələlik lavanın yaxınlıqdakı yaşayış məntəqələrinə doğru yönəlmədiyini, lakin istiqamətini dəyişə biləcəyini deyirlər. Alyaska Universitetinin tədqiqatçısı Tarsilo Cirona vulkanların aktivliyini müəyyən etmək üçün peyk məlumatlarını araşdıran hesabatın müəllifidir. “Bu tədqiqatın əsas məqamı vulkanların səthində müşahidə etdiyimiz istilik və bu istiliyin əlamətlərindən istifadə edə bilməyimizdir. Bu məlumatlardan vulkanik aktivliyi daha yaxşı təxmin etmək üçün istifadə edə bilərik.”
NASA alimləri 16 ildir peyklərdəki cihazların yardımı ilə vulkanların istilik dərəcəsini araşdırır. Araşdırmalar zamanı onlar vulkanın püskürməyə qədər olan hissəsindəki səthin istiliyinin Selsi ilə təxminən bir dərəcə artdığını müşahidə edib. “Əsas hədəflərimizdən, əsas vəzifələrimizdən biri hazırkı vulkanların fəaliyyətini izləməkdir. Eyni zamanda yeni metologiyadan istifadədir. Bu yolla əldə edilən əlavə materiallardan aktiv vulkanların fəaliyyətini və gözlənilən fasilələri daha yaxşı başa düşmək üçün istifadə edəcəyik” - deyə, Tarsilo Cirona bildirir.
Cirona araşdırmalar üçün əlavə olunan yeni alətlər tədqiqatçıların vulkannın püskürməsi ilə bağlı məlumatları aylar, hətta illər əvvəl verə biləcəyini deyir. “Beləliklə, yerin altıda nələrin baş verdiyini daha yaxşı başa düşmək və fəaliyyətini proqnozlarını vermək üçün əsasən bütün fərqli metodologiyaları birləşdiririk. Bu proqnozları vermək ümumiyyətlə sadə deyil. Yeni metodologiyalar və yeni məlumatlarla vulkan püskürmələrinin daha güclü proqnozlaşdırılmasına yaxınlaşırıq. ”
Təkcə püskürən Pakaya vulkanın ətrafında 21 yaşayış məntəqəsi var.Dindarlar aprel ayının hər çərşənbə günü dua etmək üçün müqəddəs saydıqları lavaya ziyarətə gedir, axını dayandırmaq üçün su səpir və dualar edir. Cirona deyir ki, daha güclü məlumat toplamaqla elm növbəti böyük püskürmə baş verməsindən əvvəl icmaları xəbərdar edə bilər.