Accessibility links

NASA astronavtları kosmosa geri qayıdır


Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən çərşənbə günü orbitə NASA astronavtlarının uçuşu planlaşdırılır. ABŞ torpaqlarından son 10 ildə insanlarla birlikdə ABŞ istehsalı olan bir kosmik gəminin uçuşu birinci dəfə həyata keçirilir. Həmçinin, uçuşu ilk dəfə özəl şirkət həyata keçirir.

Prezident Donald Tramp və vitse-prezident Mayk Pensin təqdimat mərasimində iştirakı planlaşdırılır. Hava səbəbi ilə təxirə salınsa, şənbə günü yenidən cəhd olunacaq.

SpaceX raketi astronavtlar Douq Hörli və Bob Benken ilə birlikdə Draqon kapsulunu Beynəlxalq Kosmik Stansiyaya aparacaq.

49 yaşlı Robert Benken 2000-ci ildən bəri NASA astronavtıdır və əvvəllər iki kosmik uçuşda olub.

O, 25-dən çox müxtəlif növ təyyarələrdə 1500 uçuş saatı həyata keçirib, o cümlədən 4-cü F-22-lər üçün Uçuş Mühəndisliyi vəzifəsini icra edib.

STS-130 missiyası zamanı Benken Missiya Mütəxəssisi təyin edilib, üç kosmik yolu tamamlayaraq stansiyanın robotlaşmış qolunu işlədib. Ümumilikdə Benken kosmosda 25 gündən çox olub.

Digır NASA astronavtı 53 yaşlı Duqlas G. Hörli iki Speys Şattl kosmik missiyasını pilot edən mühəndisdir.

Hörli 2011-ci ildə Speys Şattl Atlantisdə kosmosa qayıdaraq logistik və maddi-texniki təminat, həmçinin stansiyaya gələcək düzəlişləri araşdırıb. O, kosmosda 25 gündən çox qalıb.

XS
SM
MD
LG