Accessibility links

Litva Ukrayna üçün NASAMS qurğuları alacaq


Litvanın Müdafiə Nazirliyi çərşənbə günü bildirib ki, Litva Ukrayna üçün 9,8 milyon avro dəyərində iki NASAMS zenit-raket buraxılış qurğusu alacaq və onları üç ay ərzində təhvil verəcək.

Nazirliyin bildirdiyinə görə, bu yolla Vilnüs Rusiyanın hərbi və mülki hədəflərə hücumları qarşısında Ukraynanın Hava Hücumundan Müdafiə Sistemini gücləndirmək tələbinə cavab verir.

Müqavilə çərçivəsində Norveç buraxılış qurğularına texniki xidmət üçün avadanlıq tədarük edəcək.

"Biz müasir NASAMS raket buraxılış qurğularını alırıq. Bu raketlər Ukraynanın öz atəş idarəetmə məntəqələrinə inteqrasiyası üçün tam hazırdır. Belə ki, onlar Norveç və ABŞ tərəfindən bağışlanan və artıq istifadə edilən NASAMS sistemlərinin imkanlarını tamamlayır və genişləndirir" - deyə, Litvanın müdafiə naziri Arvidas Anusauskas bildirib.

Litva Ukraynaya NASAMS sistemlərini tədarük edəcək. Paketə 10 zirehli "M113" maşını da daxil edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG