Accessibility links

Nasir Xulusi Təbriz məhkəməsinə çağırılıb


Nasir Xulusi
Nasir Xulusi

Milli fəal Nasir Xulusi iki ayrı dosye ilə bağlı Təbriz İnqilab Məhkəməsi və Təbriz Cəza Məhkməsinə çağırılıb. O, “rejimə qarşı təbliğat” və “yalan xəbər yayma” kimi ittihamlarla günahlandırılır.

Xulusi öz Instagram hesabında bu haqda məlumat yayıb. O, həmçimin internet üzərindən aldığı çağırışı vərəqələrinin surətini paylaşıb.

Siyasi fəaldan sentyabr ayının 7-də Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinə, sentyabrın 14-də isə Təbriz Cəza Məhkəməsinin 112-ci şöbəsinə müraciət etməsi tələb olunub.

İnqilab Məhkəməsinin hakimi Rəhim Həmlbər türk fəalı “rejimə qarşı təbliğat” və “GAMAC adlı təşkilata üzv olmaq” ittihamları ilə mühakimə edəcək. Təbriz Cəza Məhkəməsi isə “yalan xəbər yayma” ittihamı ilə bağlı dosyeyə baxacaq.

Nasir Xulusi keçən ilin dekabr ayında Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb və bir neçə ay sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxıldı. O, daha əvvəl də göstərdiyi fəaliyyətlər səbəbilə həbs və mühakiməyə məruz qalıb.

XS
SM
MD
LG