Accessibility links

Nasist düşərgəsinin keçmiş əməkdaşı deportasiya edilib


Birləşmiş Ştatlar illərdir davam edən hüquqi, diplomatik və siyasi təzyiqlərdən sonra nasistlərlə əməkdaşlıq edən sonuncu məlum şəxsi Almaniyaya deportasiya edib.

95 yaşlı Yakiv Palij bazar ertəsi Nyu-York şəhərinin Quins bölgəsində 1949-cü ildən bəri yaşadığı evindən aparılıb.

Palijə Birləşmiş Ştatlar vətəndaşlığı 1957-ci ildə verilib. Lakin 2001-ci ildə o, Ədliyyə Nazirliyinin müstəntiqlərinə II Dünya Müharibəsi zamanı nasist Almaniyasının işğal etdiyi Polşadakı Travniki düşərgəsində fəaliyyət göstərdiyini boynuna alıb.

1943-cü ilin noyabr ayında nasist SS ordusu həmin düşərgədə 6 mindən çox yəhudini qətlə yetirib.

2004-cü ildə imiqrasiya üzrə hakim Palijin deportasiyası barədə hökm çıxarıb.

Panijin Almaniyada hansı ittihamlarla üzləşəcəyi məlum deyil.

Ağ Ev nasist düşərgələrində cinayətlər törədən və insan haqlarını pozan hər hansı şəxsə qarşı Birləşmiş Ştatların tolerantlıq göstərməyəcəyini və onların Amerika torpaqlarında sığınacaq tapa bilməyəcəklərini deyib.

XS
SM
MD
LG