Accessibility links

Natiq Cəfərli: 2018-ci il bir daha Azərbaycanın neft faktorundan nə qədər asılı olduğunu göstərdi


Natiq Cəfərli: 2018-ci il bir daha Azərbaycanın neft faktorundan nə qədər asılı olduğunu göstərdi
please wait

No media source currently available

0:00 0:13:04 0:00

İqtisadçı-ekspert Natiq Cəfərli Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibəsində 2018-ci ilin iqtisadi yekunları və 2019-cu il üçün proqnozlardan danışıb.

Neft faktoru

“2018-ci ilin əsas hadisəsi ondan ibarət oldu ki, yəni Azərbaycan hökumətinin də gözləmədiyi əsas hadisə ondan ibarət oldu ki, neft qiymətləri kifayət qədər yüksəldi. 2018-ci ilin dövlət büdcəsində neft qiymətləri 40 dollardan götürülmüşdü ilkin versiyada. Və noyabr ayının sonuna, yəni dekabr ayını nəzərə almasaq, bu ay bildiyiniz ki, qiymətlərdə ucuzlaşma var, amma 11 ayı götürsək, neft ortalama qiyməti 75 dollar civarındadır Azərbaycan neftinin. Ən vacib hadisə məncə bu oldu. Çünki bütün makroiqtisadi göstəricilərə də, Azərbaycanda ümumdaxili məhsulun bir faiz artmasına da, valyuta ehtiyalatlarının artmasına da ticarət balansında müsbət saldoya da, yəni bütün pozitiv nə baş verdisə 2018-ci il ərzində bütün bunların əsas səbəbkarı və səbəbi neft qiymətləri oldu. Və neftin qiymətlərinin yüksəlməsi hökumətin əlini xeyli yüngülləşdirdi, işini asanlaşdırdı və ölkədə keçən illərə nisbətən, əsasən də, 2016-cı ilə, 2017-ci ilə nisbətən 2018-ci il makroiqtiasdi sabitlik dövründə keçdi. Məsələn, 2016-cı ildə ümumi daxili məhsul 3.7 faiz azalmışdı. Yəni bu, MDB-də ən pis göstərici idi. 2017-ci ildə ÜMD demək olar ki, dəyişmədi, yəni öz yerində qaldı. Nə artım oldu, nə azalma oldu. Amma bu il heç olmasa, bir faiz də olsa, cüzi də olsa, artım baş verdi. İnsanların real gəlirlərinin artımında müəyyən dinamika müşahidə olundu, rəsmi inflasiya 2.3 faiz elan olundu, amma insanların nominal gəlirləri təqribən 7 faizə yaxın artdı. Yəni bu onu göstərir ki, real gəlirlərdə də artım var. Amma bütün bu pozitiv göstəricilər, makroiqtisadi göstəricilər sırf bir faktora, yəni neft faktoruna bağlı oldu və neftin qiymətinin hökumətin də gözləmədiyi şəkildə yüksək olması, yəni dünyada da gözlənilən deyildi belə yüksək qiymətlər, Azərbaycanın işini xeyli asanlaşdırdı və valyuta gəlirlərinin artmasında, manatın məzənnəsinin sabit qalmasında mühüm rol oynadı.”

Fürsətlər və imkanlar

“Əslində fürsətlər daha çox oldu. Çünki dediyim kimi, valyta gəlirləri artdı deyə, hökumət daha rahat hərəkət etməyə başladı. Yəni investisiya layihələri artdı, amma ötən illərdən fərqli olaraq, investisiya layihələri böyük meqa layihələrə köklənmədi, yönəldilmədi. Daha kiçik layihələr, regionda yolların təmiri, infrastrukturun yenilənməsi, bu tipli layihələrə daha çox vəsait ayrıldı. Onlarla, hətta yüzlərlə belə layihələr prezident tərəfindən imzalandı. Bu da müvəqqəti də olsa regionlarda iş yerlərinin yaranmasına, sosial gərginliyin az da olsa azalmasına səbəb oldu. Yəni neftin qiymətiin artması bu fürsətləri artırdı Azərbaycan üçün. Hökumətin 2015-ci ildə prioritet elan etdiyi qeyri-neft sektoruna gəldikdə, bu sahədə də müəyyən irəliləyişlər oldu. Qeyri-neft sektorunda, əsasən də aqrar sektorda istehsalın həcmi artdı, ixracatda artım oldu. Amma o qədəq kiçik rəqəmlərdir ki, neft sektorunun yanında hələ də çox kiçik görsənir. Məsələn, bu ilin 11 ayının nəticələri, dekabr da əlavə olunsa, ciddi bir dəyişiklik olmayacaq, kənd təsərrüfatının ixracatı, aqrar sektorun ölkənin tamamı üzrə ixracatı 400 milyon dollara çatmadı. Yəni bu çox da böyük rəqəm deyil. Tək bir Antalyanın ixracatı bundan az qala iki dəfədən də çox artıqdır. Yəni belə müqayisələr aparsaq, görərik ki, qeyri-neft sektorunda, əsasən də aqrar sektorda müəyyən irəliləyişlər var, məyyən pozitiv dinamika var, amma baza olaraq o qədər kiçik həcmdir ki, hələ ölkənin iqisadi həyatında bu sahələrin dominant rol oynaması mümkün deyil. Yəni neft sektoru o qədər güclü hegemon rola malikdir ki, qeyri-neft sektorunun cüzi qalması ciddi dəyişikliklərə gətirib çıxarmır. Elə 2019-cu ilin dövlət büdcəsi də bunu göstərdi. Artıq büdcə prezident tərəfindən təsdiqlənib, imzalanıb. Gələn ilin büdcənin tən yarısı neft fondundan transferdir 50 faizi. Yerdə qalan 50 faizin 15 faizi neft şirkətlərindən daxil olan vergilərdir, bu, artıq 65 faiz edir. Təqribən 10-15 faiz civarında da dolayı neftdən asılı vergilərdir. Yəni bir büdcənin 80 faizi neft asılıdır deməli hələ orda qeyri-neft sektorunun inkişafından, qeyri-neft sektorunda çox ciddi irəliləyişlərin və çox ciddi nailiyyətlərin olduğundan danışmaq çox tezdir. Elə ixracat rəqəmləri də bunu sübut edir. Xam neft, neft məhsulları, təbii qaz və elektrik enerjisi, yəni enerji sektorunun ixracatdakı payı az qala 91 faizdən bir qədər yüksəkdir. Yəni Azərbaycan kimi bir ölkənin cəmi 7-8 faiz qeyri-neft sektorunun ixracatı kifayət qədər aşağı göstəricilərdir.”

Ümumi Daxili Məhsul

“Beynəlxalq Vayuta Fondu da, Dünya Bankı da Azərbaycanla bağlı 2019-cu il proqnozlarını açıqladı. Çox maraqlıdır ki, hər iki nüfuzlu beynəlxalq qurumun gələn illə bağlı gözləntiləri təqribən 1.5, 2 faiz civarında ümumi daxili məhsulun (ÜMD) artımıdır. Amma bir şərtlə ki, neft qiymətləri təqribən 70 dollar civarında olsun. Yəni neft qiymətləri 70 dollar civarında olacaqsa, bir-iki dollar aşağı-yuxarı ola bilər burada, Azərbaycanda iqtisadi artım, yəni ÜDM-in artımı təqribən 1.5 -2 faiz olacaq. Bu da Azərbaycanın əslində gələn ilki iqtisdiyyatının da yenə neft neftdən asılı olduğunu bir daha sübut edir. Əgər q iymətlər yüksəlməsə, yəni belə bir ehtimal çox azdır açığı, əslində neftin qiymətlərinin daha da düşməsi ehtimalı haqqında daha çox danışılır və belə proqnozlar daha çoxdur. Elə bu gün də neftin qiyməti təqribən 52-53 dollar civarında dəyişir. Yeri gəlimişkən, gələn ilin büdcəsinin bütün parametrləri də 60 dollardan hesablanıb. Bu da bir təhlükədir əslində Azərbaycan iqtisadiyyatı üçün. Əgər neft qiymətləri 70 dollar civarında olsa, bəli, təqribən 1.5- 2 faiz ÜDM-də artım müşahidə olunacaq. Bu parametrləri əsas götürüb hesablamaları davam etdirsək, məntiqlə 60 dollara düşdükdə, gərə 60 dollar civarında olacaqsa, ÜDM sıfır səviyyəsində olacaq. Yəni nə artım olmayacaq, amma azalma da olmayacaq. Təqribən bir sabitlik, stabillik müşahidə olunacaq. Yox, 60 dollardan aşağı olsa, 50 dollar civarında olsa, təqribən 2 faiz, 2.5 faizə yaxın ÜDM-də azalma müşahidə olunacaq ki, bu da MDB məkanında ən pis göstəricilərdən biri olacaq.”

2019-cu il proqnozları

“Gələn ilin büdcə parametrlərinə baxdıqda da, sosial sahədə böyük dəyişikliklərin olacağını təəssüf ki, söyləmək mümkün deyil. Yəni maaşların və təqaüdlərin artım tempini götürsək, təqribən 5-6 faiz civarında gələn il indeksləşmə və artım olacaq ki, maaşlarda və təqaüdlərdə təqribən bu qədər artımın olacağı gözlənilir. Çünki yaşayış minimumu təsdiqləndi, təqribən 6-7 manat artdı yaşayış minimumu. Ona müvafiq olaraq da, həm də ölkədə bu il 2018-ci ilin sonunda bütün nəticələr hesablanacaq, orta nominal gəlir səviyyəsinin artım tempinə uyğun olaraq indeksləşmə aparılacaq. Və indiki rəqəmlər onu göstərir ki, təqribən ya 6, ya 7 faiz olacaq. Yəni gələn il maaş və təqaüdlərdə ciddi artım gözləmək əbəsdir. Yəni bu, ciddi şəkildə sosial vəziyyətin, insanların sosial vəziyyətinin yaxşılaşacağını söyləməyə əsas vermir. Amma onun əvəzinə bəzi ödənişlərin artması gözlənilir. Hətta çox qəribədir ki, gələn ilin dövlət büdcəsində cərimələrlə bağlı bu ilə nisbətən proqnozlar beş dəfə artırılıb. Belə çıxır ki, hökumət də anlayır ki, vergi məcəlləsində dəyişikliklər olundu və biznesin bundan demək olar ki, xəbəri yoxdur, yəni biznesə izah olunmayıb. Belə çıxır ki, gələn ilin əvvəlindən, birinci rübdən sonra cərimələrin sayı artacaq. İstər vergi sahəsində, istər dövlət yol polisi sahəsində. İstər digər nəzarətedici orqanlar sahəsində. Yəni cəzaların və cərimələrin artımını proqnozlaşdırıb hökumət. Burada artım müşahidə oluna bilər. Neft qiymətlərinin əgər 50 dolllar civarənda və yaxud da daha aşağı olması təqdirdə manata basqılar artacaq, çünki manatı inzibati resurslar hesabına, inzibati qərarlar hesabına sabit saxlayırlar. Bu, bazar qiyməti deyil, bunu artıq Mərkəzi Bank da gizlətmir...Yəni bizdə inzibati məzənnədir və inzibati məzənnəni də neft qiymətlərinin yüksək dövründə rahat saxlamaq olur. Amma neft qiymətləri aşağı düşdükdə manata basqılar da artacaq. Yəni manata basqıların artımı düşünürəm ki, mart-aprel aylarında daha özünü büruzə verəcək. Kəskin devalvasiya olmayacaq çox güman. Hökumət anlayır ki, kəskin devalvasiya bank sektorunu tamamilə çökdürər. Onsuz da bank sektoru ağır durumdadır. Amma təqribən 10-15 faizlik manatın dəyərdən düşməsini nəzərə alsaq, yəni belə bir ehtimalı nəzərdən keçirsək, bu, o demək olacaq ki, inflasiya da hətta ikiqərəmli həddə yaxınlaşacaq. Yəni qiymət artımının da gələcəkdə təqribən, gələn ilin əvvllərində əgər bu addım atılsa manatla bağlı, təqribən 10-12 faiz inflasiya biz görəcəyik. Qiymətlərin artımı müşahidə olunacaq, ardınca kommunal xidmətlərin qiyməti arta bilər, dizel yanacağı ilə bağlı çoxdandır qərar gözlənilir, verilməlidir, çünki dizelin qiyməti ilə 92 markalı benzinin arasında çox böyük fərq var. 60 qəpik dizeldir, 90 qəpik 92 markalı benzindir. Yəni dünyanın heç yerində belə kəskin fərq olmur. Dizel yəqin ki, 92 markalıya yaxınlaşdırılacaq qiymət olaraq. Bütün bunları nəzərə alsaq, bu ehtimalları nəzərə alsaq, gələn il əgər neft qiymətləri yüksəlməsə, elə 50 dollar, 55 dollar civarında qalsa, hətta 50 dollardan aşağı düşsə, Azərbaycanı iqtisadi cəhətdən o qədər də parlaq il gözləmir, təəssüf ki. Yəni problemlərlə dolu bir il olacaq. İnflasiyanın sürətlənməsi ehtimalı, qiymət artımının olması ehtimalı daha da yüksələcək. Bütün bunlar sosial məsələlərə də təsir edəcək, çünki inflasiya artdıqca, insanların real gəlirləri azalır, insanların qazandığı vəsait dəyərdən düşür. Bütün bunlar onu deməyə əsas verir ki, 2019-cu il belə görünən odur ki, iqtisadi nöqteyi-nəzərdən təhlükələrlə və problemlərlə dolu olan bir il olacaq.”

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG