Accessibility links

Natiq Cəfərli: Azərbaycan iqtisadiyyatını çox ağır dövr gözləyir


Natiq Cəfərli

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində koronavirus pandemiyasının iqtisadiyyata vurduğu ziyan, dövlət şirkətlərində monopoliya və bu şirkətlərin özəlləşdirilməsi perspektivlərindən danışıb.

Amerikanın Səsi: “Dövlət büdcəsi haqqında” qanuna edilən dəyişikliklər sizcə COVİD-19 pandemiyasının və neftin ucuzlaşmasının ölkə iqtisadiyyatında yaratdığı çağırılışlara adekvatdırmı? Nəzərdə tutulan tədbirlər biznesin və əhalinin vəziyyətinin yaxşılışdırılması üçün yetərlidirmi?

İqtisadiyyatda baş verən problemlər çox dərinliyə işlədiyinə görə uzun zaman alacaq. Həm də əhalinin maddi vəziyyətinin ağırlaşmasının şahidi oluruq.

Natiq Cəfərli: Qısa olaraq təbii ki, yetərli deyil. Problemlər çox dərindir. Həddindən artəq dərinliyə işləyir. Azərbaycan höküməti nədənsə elə düşünür ki, bir düymə ilə iqtisadiyyatı yenidən işə sala biləcək. Elə deyil, iqtisadiyyatda baş verən problemlər çox dərinliyə işlədiyinə görə uzun zaman alacaq. Həm də əhalinin maddi vəziyyətinin ağırlaşmasının şahidi oluruq. Məsələn, 600 min insana 190 manatın verilməsi ciddi bir problemə çevirildi, narahatçılıq yarandı. Hətta iyul ayı üçün ortada itdi-batdı. İyul ayı üçün 284 min nəfərə, avqust ayı üçün isə 276 min nəfərə 190 manat verilmısi nəzərdə tutulub. Amma, iyul ayı tamamilə yaddan çıxdı. Biznesə edilən dəstəklər yetərli deyil, hətta biznesin yenidən ayağa qalxması üçün kifayət deyil. Əgər, bu ilin sonuna kimi nəzərdə tutulubsa, məsələn, kiçik və orta sahibkarlara 98 milyon nəzərdə tutulub. Çox az bir məbləğdir. Bunu birtəhər bu ilin sonuna kimi idarə etmək olar. Bir şərtlə ki, 2021-ci ilin büdcəsi hansıki təsdiq üçün noyabr-dekabr aylarında çıxarılacaq. O zamana qədər, əgər, 2021-ci ildə təşviq paketləri davam edəcəksə, bu zaman iqtidasiyyata dəymiş ziyanın geri çevrilməsi üçün müəyyən şərtlər formalaşacaq. Yox, əgər heç nə nəzərdə tutulmayacaqsa, bu işlə əlaqəli, o zaman, Azərbaycan iqtisadiyyatını çox ağır dövr gözləyir.

Natiq Cəfərli: Azərbaycan iqtisadiyyatını çox ağır dövr gözləyir
please wait

No media source currently available

0:00 0:06:52 0:00

Amerikanın Səsi: Ölkə prezidenti cənab İlham Əliyev dövlət şirkətlərinin qeyri-effektiv olduğunu dilə gətirib. Ölkə başçısı həm də deyib ki, həmin şirkətlər dövlətdən illərlə xeyli maliyyə yardımları alıb? Həmçinin, xarici maliyyə qurumlarından dövlət zəmanəti ilə kreditlər götürüblər. Sizcə bu, dövlət şirkətlərinin özəlləşdirilməsinə yol aça bilərmi?

Bütün dövlət şirkətlərinin bütün borclarını toplasaq Azərbaycan dövlətinin suveren borcundan daha çoxdur.


Natiq Cəfərli: Bu problem dünənin, bu günün problemi deyil. Yəni illərlədi davam edir. Dövlət büdcəsindən böyük supsidya alırlar. Onların tez-tez vergi borcları, komunal borcları silinir. Onların alt yapısı dövlət hesabına formalaşdırılır. Amma bununla paralel olaraq xaricdən də borc alırlar. Bütün dövlət şirkətlərinin bütün borclarını toplasaq Azərbaycan dövlətinin suveren borcundan daha çoxdur. Bu da əlavə yükdür dövlət üçün. Çünki o şirkətlər borclarını qaytara bilməsə dövlət qaytarmağa məcbur olacaq. Özəlləşmək üçün vaxt çoxdan yetişib, amma maraqlar toqquşurdu deyə, bu baş vermirdi. Çünki dövlət şirkətlərinin pis ziyanla işləməsinin ən böyük səbəbi korrupsiyadır. Büdcədən ayrılan vəsatətlərin mənimsənilməsidir, xərclərin şişirdilməsidir. Xərclərin şişirdilməsi təbii ki, gəlirlə işləməyə mane olan faktora çevrilir. Tək bir AZAL-ın timsalında biz bunu görürük. 2018-ci ildə AZAL rəsmi məlumatlara görə 208 milyon manat ziyan edib. Halbuki insiharçı şirkətdir, bazara digərlərinin buraxılmasına maneçilik törədir. Heç də təsadüfi deyil ki, Azərbaycan vətəndaşları pandemiyadan öncə Gürcüstan üzərindən xaricə uçmağa üstünlük verirdilər. Çünki orada biletlərin qiyməti daha ucuzdur. Və bütün bunlara baxmayaraq ziyanla işləməsi həmin qurumlarda ciddi korrupsiyanın olmasının nəticəsidir. Özəlləşmə labürddür, amma birdən-birə bütün dövlət əmlakının özəlləşdirilməsi texniki olaraq mümkün deyil. Çox güman ki, ilkin olaraq paylayıcı şirkətlərin özəlləşdirməyə çıxarılması gözlənilir. Məsələn, qaz paylayıcı, su paylayıcı, elektrik paylayıcı, bir də böyük şirkətlərin uzun müddətli icarəyə verilməsi də gündəmə gələ bilər. Ya yerli, ya xarici şirkətlərə. Yerli şirkətlərə çətindir, çünki bizdə heç rəsmi milyonçu yoxdur. Özəlləşsə kim alacaq. Deməli, xarici şirkətlər üçün nəzərdə tutulur. Xarici şirkətlərin də öz tələbləri var. Azərbaycan Umumdünya Ticarət Təşkilatına üzv olmalıdır, Azərbaycan Avropa Birliyi ilə normal saziş bağlamalıdır, Azərbaycanda ədalətli məhkəmə sistemi olmalıdır. Bunlar baş versə özəlləşdiirlmənin effekti ola bilər

Amerikanın Səsi: Ölkə rəhbərliyi yeni böyük özəlləşdirmənin də anonsunu verdi. Digər tərəfdən bəzi ekspertlər ehtiyat edir ki, bu özəlləşdirmə kütləvi ixtisaslara gətirib çıxara bilər və sosial gərginliyi artıra bilər. Siz necə görürsünüz?

Gəlin açıq danışaq. Məsələn, SOCAR-da 60-70 minə yaxın işçi var. Amma SOCAR-a o qədər işçi lazım deyil.

Natiq Cəfərli: Təbii ki, dövlət bu işə sistemli şəkildə yanaşsa problemləri müəyyən qədər amartizasiya etmək mümkün olacaq. Yox, əgər sistemli yanaşma olmayacaqsa, hesablamalar, öncədən iqtisadi əsaslandırmalar olmayacaqsa, belə problemlərin olması mümkündür. Amma, bunun obyektiv səbəbləri də var. Gəlin açıq danışaq. Məsələn, SOCAR-da 60-70 minə yaxın işçi var. Amma SOCAR-a o qədər işçi lazım deyil.Sadəcə kiminsə qohumu, kiminsə tanışı, yeni ştatların açılması, bunların hesabına şişirdilmiş şirkətdir. Şişirdilib ştatlar. Orada kifayət qədər böyük sayda insan çalışır. Yəni, SOCAR misalını götürüb digər dövlət inhisarçı şirkətlərə tətbiq etsək, orada da eyni məsələdir. Bu müəyyən ixtisarların olmasına səbəb ola bilər. Amma, dövlət elə bil şərait yaratmalıdır ki, orada ixtisara düşən insanlar biznesdə və digər sahələrdə, özəl sektorda özünə yer tapa bilsin. Bunun üçünsə azad, iqtisadi rəqabətli mühit lazımdır. Biznes mühitinin yaxşılaşdırılması lazımdır. Bu işlər paralel aparılsa sosial gərginliyin yaranması ehtimalı xeyli dərəcədə zəifləyə bilər.

Amerikanın Səsi: Sizcə xarici investorlar hansı şirkət və müəssisələrə maraq göstərə bilər?

Dövlət şirkətlərin hamısı xarici investorlar üçün maraqlıdır. Dəmir yol daşımaçılığından tutmuş AZAL-a qədər.

Natiq Cəfərli: Demək olar ki, dövlət şirkətlərin hamısı xarici investorlar üçün maraqlıdır. Dəmir yol daşımaçılığından tutmuş AZAL-a qədər. SOCAR-ın müxtəlif istiqamətdə fəaliyyət göstərən alt qurumlarına qədər. Çünki, SOCAR bir SOCAR deyil. Onun tərkibində onlarla digər törəmə şirkətlər var. Düşünürəm ki, ən çox maraq olacaq paylayıcı şirkətlər. Elektrik, qaz və su paylayıcı şirkətlərə. Və asanı da budur. Doğrusu budur, yeri gəlmişkən, biz vətəndaş olaraq keyfiyyətli xidmət istəyirik. Amma, bu dövlət şirkətləri bu keyfiyyətli xidmətləri göstərməyəndə heç bir cəza almırlar. Biz hətta vətəndaş olaraq məhkəməyə versək Azərbaycanda məhkəmə sistemi o vəziyyətdədir ki, heç bir dövlət şirkətini nə cərimələməz, nə günahkar çıxarmaz. Müqavilələrdə də bütün məsuliyyət vətəndaşın üzərindədir. Əgər özəl şirkətlər o sahədə çalışmağa başlasalar vətəndaşlarla yeni müqavilələrin bağlanmasına məcbur qalacaqlar və məsuliyyət daşıyacaqlar. Əgər onların səhvi ucbatından mənim suyum, qazım işığım kəsilirsə və bu kəsilmə zamanı mənim avadanlıqlarıma vətəndaş olaraq ziyan dəyirsə və məhkəmə yolu ilə mən onlardan kompensasiya tələb etmə haqqı qazanacam. Dövlət də burada ədalətli hakim rolunu oynaya bilər, müdaxilə etmədən. Məhkəmə qərarlarının ədalətli çıxarılmasına imkan yarada bilər. Beləliklə də, paylayıcı şirkətlərlə vətəndaş arasında normal münasibətlərin formalaşmasına səbəb ola bilər.

XS
SM
MD
LG