Accessibility links

Natiq Cəfərli: Bank sektorunda dövlətin hegemonluğu azaldılmalıdır


İqtisadçı ekspertin Amerikanın Səsinə müsahibəsi

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində bank sektorundakı son durumdan və risklərdən danışıb.

Amerikanın Səsi: Azərbaycan bankları son aylarda gəlirlərinin artması ilə bağlı məlumatlar yayır. Sizcə ölkədə bank böhranının arxada qaldığını demək mümkündürmü?

Bir çox banklarda sabitlik yaranıb. Bunun əsas səbəblərindən biri problemli kreditlərlə bağlı verilmiş fərmandır.

Natiq Cəfərli: Bank sektorunda müəyyən sabitləşmə baş verir. Bunun bir neçə səbəbi var. Bankların maliyyə vəziyyəti ilə bağlı açıqlanan son rəsmi məlumatlar onu deməyə əsas verir ki, bir çox banklarda sabitlik yaranıb. Bunun əsas səbəblərindən biri problemli kreditlərlə bağlı verilmiş fərmandır. Çünki bu fərmanda xərclənməsi üçün 1 milyarddan bir az çox vəsait nəzərdə tutulub. Bunun böyükbir hissəsi banklara yönələcək. Çünki banklarda problemli kreditlərin silinməsi məsələsində məhz həmin vəsaitdən istifadə olunacaq. 210 mlyn dollara yaxın vəsait isə bankların dayanılıqlığı üçün dövlət tərəfindən təsis ediləcək. Bu, bankların vəziyyətinin sabitləşməsinə səbəb oldu. Amma hələ də fundamental problemlərin qaldığını söyləmək mümkündür. Yəni problemlərin tam həll olunduğunu söyləmək çətindir.

Natiq Cəfərli: Bank sektorunda dövlətin hegemonluğu azaldılmalıdır
please wait

No media source currently available

0:00 0:05:35 0:00

Amerikanın Səsi: Hazırda bank sektorunda daha çox hansı problemlər diqqəti cəlb edir? Gələcək perspektivlər necə görünür?

Natiq Cəfərli: Bank sektorunda ən böyük problem, bu gün də, yüksək faizlər və qısamüddətl ikreditlər problemidir. Çünki faizlər çox yüksək olduğundan bu, nə biznes kreditlərinin çoxalmasına, nə də istehlak kreditlərin artmasına yardımçı olur. Elə, rəsmi rəqəmləri görsək, görəcəyik ki, pik dövründə, yəni 2011-2012-ci ildə kreditlərin verilməsinin heç yarısına çatmamışıq. Azərbaycanda kreditləşmə səviyyəsi hələ pik dövrünün yarısına çatmayıb. Bu onu deməyə əsas verir ki, Azərbaycanda hələ də ən böyük problem faizlərlə bağlıdır. Rəqabətli mühit olmadığından, xarici bankların birbaşa iştirakı olmadığından, bazarda dar çərçivəli bir neçə qrupun əlində olan banklar mövcuddur ki, bu da rəqabətsizliyə gətirib çıxarır. Bank faizlərinin çox yüksək olmasına səbəb olur. Bu gün biznes kreditləri, əgər, çox qısamüddətli verilirsə, maksimal 3 ilə qədər verilir və biznes kreditlərində ortalama faiz dərəcəsi 15 faizə yaxındırsa, bu, artıq biznesin fəaliyyət göstərməsi üçün əngələ çevrilir. Çünki elə bir sahə təssəvvür etmək çətindir ki, 1 il ərzində qazancı o qədər yüksək olsun ki, 15 faiz banka ödəsin, təqribən 36-38 faizə yaxın vergi öhdəlikləri yaranır hər bir müəssisədə, onları ödəyəsən, işçilərin maaşlarını ödəyəsən və bundan sonra da biznesi də inkişaf etdirəsən. Bu çox çətin görünür. Ona görə də faizlərin yüksək olması Azərbaycanda biznes çevrələrini və istehlak kreditlərinin azalmasına səbəb olur.

Amerikanın Səsi: Manatın dollara nisbətdə kursunun sabit qalmasının səbəbi nədir? Bu yeni devalvasiya və ya maliyyə böhranı üçün əsas yarada bilərmi?

Neftin qiyməti növbəti azalma mərhələsinə qədəm qoysa, o zaman Azərbaycanda da növbəti devalvasiya dalğaları olacaq.

Natiq Cəfərli: Azərbaycanda artıq Mərkəzi Bank da etiraf etdi ki, bizdə üzən məzənnə rejimi demək olar ki, yoxdur. Yəni son açıqlamaların heç birində üzən məzənnə rejiminə vurğu etmədi. Məzənnə inzibatidir və inzibati qərarla tənzimlənir, Mərkəzi Bankın inzibati baxışlarına görə müəyyənləşdirilir. Yəni, artıq etiraf olundu ki, Azərbaycan üzən məzənnə rejiminə keçə bilmədi. Bu günki Azərbaycan manatının sabitliyinin yeganə dayağı neft qiymətləridir. Neft qiymətlərinin 2016-cı ilin sonu 2017 –ci ilin əvvəllərindən başlayaraq yüksəlişə keçməsi, 2018-ci ildə hətta son illərin maksimum dərəcəsinə, yəni 87 dollara qədər Azərbaycan neftinin bahalaşması, bu ilin əvvəlindən ortalama qiymətin 70 dollardan yuxarı olması Azərbaycan manatının sabitləşməsinin əsas faktorına çevrilib. Yəni, burada hökumətin apardığı siyasət, nə qeyri-neft sektorunun inkişafı və bu tipli rəsmi bəyanatların heç bir rolu yoxdur. Yeganə faktor neft qiymətləridir. Bu günki Azərbaycan manatının sabitliyi yenə neft qiymətlərinə bağlı olacaq. Əgər gələcəkdə neft qiymətləri yüksək qalacaqsa, daha da yüksələcəksə və yaxud indiki səviyyədə qalacaqsa manata təhlükə yoxdur. Yox, əgər dünyada bir çox problemlər həll olunsa və neftin qiyməti növbəti azalma mərhələsinə qədəm qoysa, o zaman Azərbaycanda da növbəti devalvasiya dalğaları olacaq.

Amerikanın Səsi: Azərbaycan necə maliyyə bank siyasəti yürütməlidir ki, gələcək risklərdən qaça bilsin?

Azərbaycanda bank sektoru çox primitiv fəaliyyət göstərir. Depozit götürüb, kredit verməklə məşğuldur.

Natiq Cəfərli: Birinci növbədə təbii ki, dövlətin bu sektorda hegemon rolu azaldılmalıdır. İkinci, rəqabətli mühit genişləndirilməlidir. Ən azı Gürcüstanda olduğu kimi, Rusiyada olduğu kimi. Mən Avropa ölkələrini hətta misal kimi çəkmirəm. XaricibBankların, Fransa, Amerika, Avropa banklarının birbaşa bazara daxil olması üçün bərabər şərait yaradılmalıdır. Onların bazara daxil olması bank sektorunun dayanıqlılığını yüksəldəcək. Banklarda faizlərin aşağı düşməsinə, müştərilərə daha yaxşı xidmət göstərilməsinə səbəb olacaq. Üçüncü bir məsələ isə bank sektorunda baş verən proseslərin bir elmi təhlilinə ehtiyac var. Azərbaycanda bank sektoru çox primitiv fəaliyyət göstərir. Depozit götürüb, kredit verməklə məşğuldur. Əslində müasir dünyanın bank sektoru artıq investisiya şirkətləri şəklində fəaliyyət göstərir. Yəni bank tək depozit götürüb kredit verən təşkilat deyil. Həm də investisiya şirkətinə çevrilir. Azərbaycanda isə bu praktikadan demək olar ki, istifadə olunmur. Gələcəkdə mütləq investisiya şirkətinə çevrilməsi yolunda addımlar atılmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG