Accessibility links

Natiq Cəfərli: Hökümət iqtisadiyyatdakı problemlərin dərinliyini ölçə bilmir


İqtisadçı-ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində pandemiya dövründə tətbiq edilən karantin rejiminin iqtisadiyyata gətirdiyi problemlərdən dasnışıb.

Amerikanın Səsi: Ölkənin 16 şəhər və rayonunda karantin rejiminin sərtləşməsilə bağlı sahibkarlıq fəaliyyətinə məhdudiyyət qoyulub, iş yerləri yenidən bağlanıb. Bu tədbirlərin əhalinin sağlamlığı ilə bağlı edildiyi deyilir. Amma digər tərəfdən insanlar qazanc yerlərini itirir. Dövlətin əhaliyə göstərdiyi yardımlar insanların təlabatını ödəməyə yetərlidirmi?

Özəl sektorda ciddi problemlər var. Vətəndaşların dolanışığında və gəlirlərində ciddi problemlər var. Amma hökümətin atdığı addımlar bu problemlərə adekvat deyil.

Natiq Cəfərli: Azərbaycanda karantin rejimi ilə bağlı verilən qərarlarının məntiqi ardıcıllığının olmaması verilən qərarların effektiv icra olunmasına ciddi maneəçilik törədir. Yəni dünyada gedən prosesləri nəzərdən keçirəndə görürük ki, iqtisadiyyatı tam bağlayıb virusla bağlı mücadilədə müəyyən irəliləyiş əldə olunub. Məsələn, Gürcüstan misalı. Orada da iqtisadiyyat iki ay bağlandı. Müəyyən yardımlar da oldu. Həm biznesə, həm əhaliyə. Ya da ki, Belarus modeli. İqtisadiyyatı xilas elədilər. Virusla bağlı mücadilədə başqa tədbirlər planını önə çəkdilər. Bizdə problem odur ki, həm karantin rejimi 4 aydır davam edir. Bu, virusla mücadilədə ciddi uğura imza atmağımıza imkan vermir, əksinə yoluxma sayları hər gün artan templə gedir son 4 ayda. Həm də iqtisadiyyatla bağlı problemlər daha da dərinləşir. Yəni, alınan tədbirlər nə virusla mücadilədə, nə iqtisadi məsələlərdə önə çıxmağa imkan vermədi. İqtisadiyyatı qapadıb virusa qalib gəlsəydik anlaşılan olardı. Və yaxud iqtisadiyyatı açıq saxlayıb virusla bağlı problemlər indiki səviyyədə qalsaydı, bu da yollardan biri olardı. Hər iki istiqamətdə ciddi problemlər yaşandı. Xatırladım sizə ki, birinci karantin dönəmində aprel-may aylarında hökumətin böyük bir paketi qəbul olundu. Həm vətəndaşlara dəstəklə bağlı, həm biznesə dəstəklə bağlı. Bu paket isə iyunun 1-də bitib. İndi artıq iyulun 7-dir. İyun ayını demək olar ki, ölkənin böyük bir hissəsi karantində keçirdi. İndi də karantin iyulun 20-dək davam edir. Iqtisadi oyunçulara heç bir yardımın olunması ilə bağlı ikinci bir addım görünmür. 280 minə yaxın vətəndaşa isə iyun ayında 190 manatın ödənilməsi ilə bağlı qərar verildi. Yəni görünən odur ki, hökumətinin atdığı addımlar problemin dərinliyinə cavab vermir. Problemlər daha dərinə işləyir. Özəl sektorda ciddi problemlər var. Vətəndaşların dolanışığında və gəlirlərində ciddi problemlər var. Amma hökümətin atdığı addımlar bu problemlərə adekvat deyil.

Natiq Cəfərli: Hökümət iqtisadiyyatdakı problemlərin dərinliyini ölçə bilmir
please wait

No media source currently available

0:00 0:09:11 0:00


Amerikanın Səsi: Bəzi şəxslər, xüsusən turizm, şəhərlərarası və beynəlxalq sərnişin daşımaları, otelçilik xüsusi ağır itkilərə məruz qalıb. Bu sahələrin dirçəlməsi üçün dövlətin xüsusi proqramı varmı?

Bu il turizm və sərnişindaşıma üçün itirilmiş bir il kimi tarixə düşəcək.

Natiq Cəfərli: Turizm və sərnişindaşıma ən çox zərər görən sahələrdir. İctimai iaşə ilə paralel. Bu sahələrin gələcəkdə ayağa qaldırılması üçün, bu sahələrdə müəyyən problemlərin həlli üçün addımların atılması üçün xüsusi bir proqramın olduğunu söyləmək mümkün deyil. Sadəcə sonuncu dəfə prezident İlham Əliyevin Dünya Turizm Agentliyi ilə video konfrans şəkildə görüşündə daxili turizmə üstünlük veriləcəyi ilə bağlı açıqlaması var idi. Amma bilirsiniz ki, ölkədə şəhərlərarası gediş-gəliş demək olar ki, durdurulub. Bakıya giriş-çıxış məhdudlaşdırılıb. Belə bir şəraitdə, virusun templə yayıldığı dövrdə daxili turizmdə hər hansı bir addımların atılması mümkünsüz görünür. Daxili turizm xarici turizmi əvəz edəcək səviyyədə deyil. İndiki şəraitdə isə ümumiyyətlə mümkün görünmür. Ona görə də turizmlə bağlı, sərnişindaşıma ilə bağlı xüsusi bir yanaşmaya ehtiyac var. Burada Avropa təcrübəsini də öyrənmək olar. Avropada da daxili turizmlə bağlı kifayət qədər ciddi addımlar atılır. Azərbaycanda isə buna uyğun hələ addımlar görünmür. Bu addımların effekt verəcəyi, yəni daxili turizmi canlandırmaq vasitəsilə müəyyən uğur əldə edilməsi üçün karantin rejimi sona çatmalıdır. Şəhərlərarası, regionlararası gediş-gəliş açılmalıdır. Bu mümkün deyilsə daxili turizmdə hər hansı bir addımın atılması effektini minumuma endirəcək və açığı artıq 20-ci ili Azərbaycanda turizm və sərnişindaşımada itirilmiş bir il kimi tarixə qeyd etmək mümkündür. Təəssüf ki artıq bu il turizm və sərnişindaşıma üçün itirilmiş bir il kimi tarixə düşəcək.

Amerikanın Səsi: İqtisadi fəallığın zəifləməsi bank sektorundan kənar keçməyib, insanların gəlirlərinin azalması borcların qaytarılmasının gecikdirilməsinə və problemli kreditlərin artmasına səbəb olur. Digər tərəfdən müşahidələr göstərir ki, ölkənin valyuta gəlirlərinin azaldılması devalivasiya riskini artırır. Bank sektorunun qorunmasını necə görürsünüz?

Ən azından faizlərin hesablanması dondurulsa həm əhalinin, həm biznesin banklarla bağlı problemi müvvəqəti olsa da həllini tapa bilərdi.

Natiq Cəfərli: Ölkədə bu karantin dönəmində 4 bankın bağlanmasının da şahidi olduq. Bu, bank sektorunda olan stresli vəziyyəti daha da gərginləşdirdi. Zamanlama olaraq bu 4 bankın bağlanması uyğun bir zamana təsadüf eləmədi. Daha bir problem ondan ibarətdir ki, hətta aprel-may aylarında qəbul olunmuş proqram sənədlərində, hökümətin proqramında bank sektoru ilə bağlı məsələlərdə, demək olar ki, ciddi bir təklif paketi görünmür. Və biz dəfələrlə israrla təkliflər də eləmişik, ictimai çıxışlarımızda, sosial şəbəkələrdə və media vasitəsilə. Hökuməti xəbərdar etməyə çalışmışıq ki, indiki dönəmdə əgər vətəndaşların gəlirləri azaldılırsa, biznesin dövriyyəsi yoxdursa, biznes kreditlərinin geri qaytarılması mexanizmləri indiki şəraitdə mümkünsüz görünürsə, faizlərin ertələnməsi ilə bağlı, ya dondurulması ilə bağlı qərar verilməli idi. Bu qərar niyə vacibdir? Bu qərar ona görə vacibdir ki, bu gün önləyici tədbirlər alınmasa payız aylarında bank sektorunda problemli kreditlərin həcmində ciddi artım müşahidə olunacaq. Bu da bank sektorunda stresli vəziyyətin yaranmasına səbəb olacaq. Bu isə bütün iqtisadiyyatda dalğavari effekt yarada bilər. Problemli kreditlərin artması qaçılmazdır. Çünki vətəndaşlar istehlak kreditləri ilə bağlı faiz dərəcələrini ödəyə bilmirlər. Çünki gəlirləri yoxdur. İndiki şəraitdə iş yerləri ilə bağlı problemlər var. Biznes kredetləri ilə bağlı da ciddi problemlər var. Çünki biznes kredetləri götürmüş iş adamlarının dövriyyəsi yoxdur ki, o kredetləri qaytarsın. Ona görə də düşünürəm ki, bununla bağlı önləyici addımların atılmasına ehtiyac var idi. Təəssüf, bu addım atılmadı. Biz hətta mart ayında təklif eləmişdik ki, bu ilin sonuna qədər, yəni yanvar ayına qədər həm istehlak, həm biznes kreditləri ilə bağlı bütün faizlərin hesablanması dondurulmalı idi. Ən azından faizlərin hesablanması dondurulsa həm əhalinin, həm biznesin banklarla bağlı problemi müvvəqəti olsa da həllini tapa bilərdi. Təbii, burada banklar ciddi zərər görə bilər. Çünki bankların da zərər görməsi doğru deyil. Ona görə də bank sektoruna alternativ kimi onların gələn ilin birinci yarısına qədər bütün vergi yükündən azad olunması ilə bağlı Nazirlər Kabineti qərar verə bilər. Belə bir addım atılsa, onların xeyli dərəcədə vergi yükünün azaldılması, onların faizlərdən, itkilərdən müəyyən bir hissəsini konpensasiya edə bilər. Amma bu da yetərli olmayacaq bank sektoru üçün. Ona görə də gələn ilin ilk yarısına qədər Mərkəzi Bank tərərfindən kommersiya banklarına sıfır faizlə kredet xətti açıla bilər. Və 0 faizlə açılan xəttləri bankların maliyyə vəziyyətinin düzəlməsinə və bu ilin sonuna qədər elan olunacaq, daha doğrusu belə bir addım atılsaydı faizlərin hesablanmasının dayandırılmasını nəzərə alsaq, sıfır faizlə Mərkəzi Bank tərərfindən verilmiş kreditləri yanvar ayından başlayaraq daha yüksək faizlə həm istehlak, həm biznes kredetlərinə yönləndirməklə bu aylar ərzində itkilərini banklar çox asanlıqla 6 ay ərzində kompensasiya edə biləcəkdi. Çünki gələn ilin ilk 6 ayı müddətində sıfır faizlə götürdüyü kreditləri 15,16, 18 %-lə həm biznes, həm istehlak kreditlərinə yönləndirməklə 6 aya əldə etdikləri qazanc bu aylar ərzində itkiləri tamamilə kompensasiya edə bilər.

Amerikanın Səsi: Ümumuyyətlə vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

Natiq Cəfərli: Təəssüf ki, hökümət iqtisadiyyatda baş verən problemlərin dərinliyini ölçə bilmir. Dərinliyi ölçə bilmədiyi üçün də atılan addımların effektivliyi azalır. Ona görə də təcili olaraq bu böhran masasının qurulmasına, iqtisadiyyatda gedən problemlərin dərinliyinin ölçülməsinə, modellərin qurulmasına və çıxış yolunun axtarılması üçün birgə böhran masasında həm sivil toplum nümayəndələrinin, həm müxalifət partiyalarının, hökümət nümayəndələrinin birgə fikir yürütməsinə ehtiyac yaranıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG