Accessibility links

Natiq Cəfərli: “Problemli kreditlərin böyük bir hissəsi həllini tapacaq”


Natiq Cəfərli: “Problemli kreditlərin böyük bir hissəsi həllini tapacaq”
please wait

No media source currently available

0:00 0:05:34 0:00

Natiq Cəfərli: “Problemli kreditlərin böyük bir hissəsi həllini tapacaq”

Prezident problemli kreditlərin həlli ilə bağlı fərman imzalayıb

Prezident İlham Əliyev problemli kreditlər məsələsinin həlli ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, dövlət 2015-ci ildə manatın devalvasiyasından sonra kreditlərin ödənişində yaranmış fərqi ödəyəcək.

Fərman dövlət başçısının fiziki şəxslərin 10 min dollara qədər kreditləri üzrə ən geci üç ay ərzində ödəniş etməsini nəzərdə tutur.

Fərqin ödənilməsi aşağıdakı qaydalara əsaslanacaq:

- 21 fevral 2015-ci ilə qədər götürülmüş kreditə görə 1 dollar - 0,25 manat məzənnəsi ilə;

- 2015-ci il fevralın 22-dən dekabrın 21-nə qədər götürülmüş kreditə görə 1 dollar - 0,6 manat məzənnəsi ilə.

Fərmana əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası manatın devalvasiyası ilə əlaqədar artan xarici valyuta ilə kreditlərin ödənilməsi mexanizmini işləyib hazırlamalıdır.

Mərkəzi Bank problemli kreditlərin restrukturizasiyası üçün kommersiya banklarına 682 mln. manat imtiyazlı kreditlər verməlidir.

İlham Əliyev
İlham Əliyev

Valyuta ilə bağlı vəziyyətin pisləşməsinin qarşısını almaq üçün Mərkəzi Bank banklara ümumilikdə 215 mln. dollar dəyərində dəyərli kağızların illik 0,5%-lə verilməsini təmin etməlidir.

2015-ci ildə Azərbaycanda manatın iki devalvasiyası olub. 0,78 manat səviyyəsində olan dolların məzənnəsi fevralın 21-də birinci devalvasiyadan sonra 1,05 manata, dekabrın 25-də ikinci devalvasiyadan sonra 1,55 manata yüksəlib.

2018-ci ilin yekunlarına görə bankların kredit portfeli 13 mlrd. manat təşkil edib, bunun 12,2%-i problemli kreditlərdir.

İqtisadi məsələlər üzrə ekspert Natqi Cəfərli Amerikanın Səsinə bildirib ki, sənəddə ilkin olaraq ancaq fiziki şəxslərin kredit borcları ilə bağlı məqam yer alıb. Hüquqi şəxslərin kredit borcları ilə bağlı məsələ sənəddə yer almayıb.

Natiq Cəfərli
Natiq Cəfərli

“Fərmandan bu nəticəyə gəlmək olur ki, sənəd fiziki şəxslərin birinci və ikinci devalvasiyadan sonra əmələ gələn 10 min dollaradək kreditlərinə şamil olunacaq. Birinci devalvasiyadan sonra, yəni 1 dollar 0,78 manat olarkən 10 min dollaradək götürülən problemli kreditlərin məzənnə fərqini (birinci devalvaiyadfa bir dollar bir manat 5 qəpik oldu) dövlət öz üzərinə götürür. Yəni devalvasiya zamanı 10 min dollaradək olan problemli kreditlərə dəymiş ziyanın ödənişini dövlət öz üzərinə götürür. Burada dövlətin yardımı 5 min dolları keçməyəcək.”

“Fərmandan bu nəticəyə gəlmək olur ki, sənəd fiziki şəxslərin birinci və ikinci devalvasiyadan sonra əmələ gələn 10 min dollaradək kreditlərinə şamil olunacaq

Ekspert bildirib ki, hazırki anda fiziki şəxslərlə bağlı danışdıqda deyə bilərik ki, 700 minə yaxın insanın problemli krediti var. “Fiziki şəxslərin problemli kreditlərinin həcmi təxminən 1,8 milyard manatdır və ya 1 milyard 100 min dollara yaxındır. Amma, bu fərmandan irəli gələn göstərişlərin hamısı yerinə yetirilsə, bütün problemin həllini əhatə etməsə də, problemli kerditlərin həllində irəliyə atılmış böyük bir addım olacaq.”

Cəfərli hesab edir ki, hüquqi şəxslər problemlərini yalnız məhkəmələr yolu ilə həll edə bilər.

Ekspertin fikrincə, problemli kreditləri bütövlükdə ödəmiş şəxslərə fərqin qaytarılması ilə bağlı birbaşa göstəriş yoxdur, fikir çox yayğındır.

“Bu da ciddi müzakirələrə səbəb olacaq. Çünki kifayət qədər vətəndaşlar devalvasiyadan dəyən zərəri özləri artıq ödəyib. Bəziləri evlərini, bəziləri avtomobillərini, bəziləri qiymətli əşyalarını satıb borcunu ödəyib. Onlara dəymiş ziyanla bağlı kompensasiyanın verilməsi bu fərmanda birbaşa nəzərdə tutulmayıb.”

Ekspert hesab edir ki, hökumət problemli kreditlərin ödənilməsi üçün təxminən bir milyard manata yaxın vəsait ödəyəcək.

“Təxminən problemli kreditlərin yarıdan çoxu həllini tapacaq,” o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG