Accessibility links

Natiq Cəfərli: "Qiymət artımının dövlətin aldığı qərarlarla heç bir əlaqəsi yoxdur"


İyulun 1-dən Azərbaycanda Aİ-95 ("Premium") markalı benzin bahalaşıb. Yanacaq 0.10 manat bahalaşaraq 1.20 manat olub.

Aİ-95 markalı benzinin qiyməti mayın 1-də 1.20 manatdan 1.10 manata endirilmişdi.

Bundan əlavə, bütün tütün məmulatlarının qiyməti də artırılıb.

Ölkə ərazisində siqaret əvvəlki vaxtlarla müqayisədə 10 qəpik baha satılır.

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə açıqlamasında bildirib ki, Azərbaycanda tütün məmulatlarının və premium markalı benzinin qiymətinin qalxmasının dövlətin aldığı qərarlarla heç bir əlaqəsi yoxdur:

"Son zamanlar nə aksiz markaları ilə bağlı, nə gömrük və gömrük rüsumlarıyla bağlı və yaxud da vergilərlə bağlı bir dəyişiklik edilməyib və ona görə də son zamanlar qiymət artımının ancaq yerli səbəbləri var. Birincisi, tütün bazarı kifayət qədər inhisarçı bir bazardır. Tütün məmulatlarını bazara çıxaran və satan şirkət sayı barmaqla sayılacaq qədərdir. Onlar da indiki dövrdə bazarda inhisarçı mövqeyindən istifadə edərək, kifayət qədər ciddi şəkildə qiymət artımına sərbəst şəkildə gedə bilirlər və bununla bağlı heç bir əngəlləri yoxdur. Ən azından, hüquqi əngəlləri yoxdur. Ona görə də, düşünürəm ki, bu addımın əsas səbəbi onlar tərəfindən belə izah olunur ki, son zamanlar dünyada sərhədlərin bağlı olması logistikanı bahalaşdırıb, yükdaşımalar bahalaşıb, Azərbaycan tütün məmulatlarının idxalından kifayət qədər asılıdır. Ona görə də, logistikanın bahalaşmasını qiymət artımına bir bəhanə kimi təqdim etməyə çalışırlar.

Tütün məmulatları elə bir sahədir ki, burada qiymət artımı bir sosial məsələ olmadığına görə açığı cəmiyyət tərəfindən də bir o qədər böyük narazılıqlarla da qarşılaşmır. Bu səbəblə də bu sahədə rahat şəkildə addımlar ata bilirlər."

Natiq Cəfərli qeyd edib ki, "Premium" markalı benzinin qiyməti təqribən 4 ildən artıqdır ki, dövlət tərəfindən tənzimlənmir:

"Əslində məntiqlə bazar tərəfindən tənzimlənməli idi və bazarın qaydalarına uyğun olaraq qiymət formalaşmalıdır. Amma burada ümumiyyətlə bazarda bir oyunçu var. Yalnız SOCAR 95 markalı premium benzini gətirir və o ölkəyə gətirən və satan yeganə oyunçu olduğu üçün bazara istənilən qiyməti təklif edə bilir. Rəqabət mühiti olmadığı üçün də, yəni bazarda başqa oyunçu olmadığına görə qiymət artımına rahat şəkildə gedə bilirlər.

Son zamanlarda qiymətin artımının neftin qiymətinin yenidən 40$ civarına qədər qalxması ilə izah olunur ki, dünyada yenidən neftin qiyməti 40$ civarına qalxıb və bununla əlaqədar premium markalı benzinin də qiymətini artırdılar, yəni bunun da hökümətin qərarı ilə heç bir əlaqəsi yoxdur. Sadəcə inhisarçı şirkətin, yəni SOCAR-ın bazarda tək oyunçu olmasından iştirak edib, sərbəst şəkildə qiymət artımına getməsi ilə bağlıdır".

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG