Accessibility links

Natiq Cəfərli: REAL fəallarının həbsi birbaşa 28 May tədbirinin nəticəsidir [Video -müsahibə]


Natiq Cəfərli:REAL fəallarına qarşı absurd ittihamlar irəli sürülüb
please wait

No media source currently available

0:00 0:07:00 0:00

Mayın 29-dan başlayaraq REAL partiyasının 50-dən çox üzvü polisə çağırılaraq xəbərdarlıq edildikdən sonra azad buraxılıb. Fəallara Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi ilə əlaqədar keçirdikləri bayram nümayişindən sonra xəbərdarlıq edilib. Dörd fəal isə inzibati qaydada həbs edilib. REAL partiyasının Məclis üzvü Natiq Cəfərli Amerikanın səsinin “Amerika icmalı” proqramında müsahibəsində fəalların saxlanması, ictimaiyyət nümayəndələrinin müraciəti və növbəti addımlardan danışıb.

Absurd ittihamlar

Cumhuriyyət günündən sonra, 28-dən sonra proses başladı. Bunu birbaşa 28 May tədbirinin nəticəsi kimi dəyərləndiririk. Çünki həsb olunan dörd Məclis üzvündən Azər Qasımlı, Ərəstun Baxşəliyev, Nəriman bəy Mücahid və Elmin Həmzə-bunların dördü də REAL-ın Məclis üzvləridir və 28 May bayram tədbirində aktiv iştirak edən insanlardır. Hərəsinin absurd iddialarla həbsə cəlb olunmaqlarına baxmayaraq, bunlardan üçü ünvansız söyüş söymək kimi absurd bir ittihamla inzibati həbsə cəlb olunub. Bir nəfər isə yerə zibil atmağa görə, Nəriman bəy guya yerə zibil atıb, ona görə inzibati həbsə cəlb olunub. Bunların rəsmi səbəblərini bir kənara qoysaq, təbii ki artıq cəmiyyətdə də, ölkədə də hamıya məlumdur ki, bu, məhz 28 May Cumhuriyyət tədbirinin keçirilməsi ilə, bayram şənliyinin keçirilməsi ilə əlaqədardır. Bu dörd nəfərdən üçünə 30 sutkalıq inzibati həbs verilib. Tək Elvin bəyə 25 sutkalıq inzibati həbs verilib. Amma bununla da proses yekunlaşmadı. Srağagün və dünən, iki gün dalbadal təqribən yüzə yaxın-bəzi məlumatları dəqiqləşdiririk, bəlkə 100-ü də keçdi siyahıda insanların sayı-REAL üzvlərinin polis idarələrinə, yəni Bakı şəhərində yerləşən müxtəlif polis idarələrinə dəvət olunmaqlarını və onlarla, belə deyək, “tərbiyəvi söhbət” aparılmasını gördük biz.

Artıq cəmiyyətdə də, ölkədə də hamıya məlumdur ki, bu, məhz 28 may Cumhuriyyət tədbirinin keçirilməsi ilə, bayram şənliyinin keçirilməsi ilə əlaqədardır.

Bu insanların REAL-a nə vaxt gəldiklərini, nəyə görə gəldiklərini, hansı rol aldıqlarının, ümimiyyətlə, nə işlə məşğul olduqları, ailə üzvləri haqda məlumatı, bir çox belə mənasız, məzmunsuz suallarla insanları bir neçə saat hər birini polis idarələrində saxlayıblar. Təbii ki, məhz bu da 28 May bayran tədbiri ilə əlaqədar idi və 28 May bayran tədbirinə qatılan insanların bir çoxunu bu şəkildə gələcəkdə REAL-dan uzaq durmağa, belə tədbirlərdən, Cumhuriyyət tədbirinə bənzər tədbirlərdən kənarda qalmağa sövq etmək və cəmiyyətdə yaradılmış uzun illərdir davam edən bu xof ortamını daha da genişləndirmək üçün mənə elə gəlir ki, bu addımlar atıldı. Və hələlik bu gün yeri gəlmişkən hələlik çağırılan yoxdur. Mən ümid edirəm ki, ən azından bu proses artıq səngidi.

İctimai fəalların müraciəti

Çox yaxşı bir təşəbbüs oldu, simvolik bir təşəbbüs oldu Cumhuriyyətin 100 illiyi ilə əlaqədar keçirilən tədbirdə inzibati qaydada məsuliyyətə cəlb edilənlərin hüquqlarını qorumaq üçün yüz tanınmış şəxslər, cəmiyyətdə nüfuzu, ictimaiyyət arasında ciddi nüfuzu olan şəxslər-aralarında siyasətçilər də var, ictimai xadimlər, alimlər, həkimlər, jurnalistlər, yazıçılar, şairlər də var-çox yaxşı bir təşəbbüs oldu ki, Daxili İşlər Nazirliyinə müraciət oldu ki, əgər Cumhuriyyəti qeyd etmək məsuliyyət yaradan bir səbəbdirsə, biz də qeyd etmişik, bizi də məsuliyyətə cəlb edə bilərsiniz. Yəni belə bir yanaşma oldu. Mən düşünürəm ki, məhz belə bir yanşamanın nəticəsidir ki, bu gün artıq polisə çağırılmaların səngidiyini gördük. Nəticəsi nə olacağını demək çox çətindir. Rəsmi hər hansı cavab verilib-verilməyəcəyini də söyləmək çətindir. Amma bu tədbirin özü, bu aksiyanın özü, bu müraciətin özü çox pozitiv dəyərləndirilməlidir və ictimai xadimlərə, yazıçılara, QHT üzvlərinə, jurnalistlərə də çox böyük təşəkkür düşür ki, belə bir təşəbbüslə çıxış elədilər. Bu da böyük ictimai rezonans doğurdu.

REAL-ın növbəti addımları

İki istiqamətdə iş gedir. Bir həbs olunanların hüquqlarının müdafiəsi ilə bağlı vəkillərlə artıq iş başlayıb. Azərbaycanın qanunvericiliyinə uyğun olaraq bütün instansiyalardan keçiriləcək, appellyasiya şikayətləri olacaq. Və appellyasiya şikayətlərindən sonra bütün işlər Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriləcək və bunun texniki tərəflərini təşkilat olaraq, partiya olaraq öz üzərimizə götürmüşük. İkinci istiqamət isə humanitar sahədir. Həbs olunanların ailəsi ilə bağlı, özləri ilə bağlı humanitar məsələlər var. Onların geyimlə, ərzaqla, su ilə təminatı, ailələrinə mənəvi dəstək.

Appellyasiya şikayətlərindən sonra bütün işlər Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriləcək

Bütün bunlarla da bağlı xüsusi qərarlar vermişik, xüsusi qruplar var partiya daxilində, Məclis sədrlərindən, müavinlərindən ibarət, aktivistlərdən ibarət. Bunlar hər gün dünəndən başlayaraq həmin ailələri ziyarət edir, həmin ailələrə həm mənəvi dəstək olur, həm də həbs olunmuş insanların bütün ehtiyaclarını ödəməklə məşğuldurlar. Xüsusi insanlar bu işlərlə məşğuldur və sistemi şəkildə iş gedir. Vəkillər də mütəmadi əlaqə saxlayır. Bu gün və sabah apellyasiya işləri tamamlanmalıdır, uzağı birinci gün tamamlanmalıdır, sabah iş günü deyil, ola bilsin birinci günə qalsın. Və bu appelyasiya işləri tamamlanan kimi, çox güman ki aydın məsələdir ki, qüvvədə saxlanılacaq bütün qərarlar Azərbaycan reallığına uyğun olaraq. Sonrakı mərhələdə həmən gələn həftənin sonu-artıq ingilis dilinə tərcümə olunub bütün işlər-Avropa İnsan Hüquqları Məhkəməsinə göndəriləcək.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG