Accessibility links

Natiq Məmmədli: Azərbaycanda dörd dəfə parlament böhranı olub


Tarixçi alimin Amerikanın Səsinə müsahibəsi

Tarixçi alim Natiq Məmmədli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda paralamentarizmi tarixindən danışıb.

Amerikanın Səsi: Dekabrın 7-də Azərbaycan parlamentinin ilk iclasından 101 il ötür. Ölkə bu tarixi günü parlamentin buraxılması ilə qarşılayır. Azərbaycanın paralament tarixi bu barədə nə deyir?

Bu dördüncü hadisədir ki, Azərbaycan parlamenti belə bir radikal addım atır, yəni özünü buraxmaqla bağlı belə bir qərara gəlir.

Natiq Məmmədli: Azərbaycan parlamentarizmi tarixi Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Milli Şuranın fəaliyyətə başlaması ilə yaranıb. Milli Şura Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul edib. Bu mərhələdən sonra bizim dövlət idarəçiliyində kollegial qurum kimi parlament tarix səhnəsinə daxil olub. Parlamentarizmi tariximizə baxsaq, bunun ən parlaq səhifəsi cümhuriyyət dövrü ilə bağlıdır. Cümhuriyyətin Milli Şurası və sonradan isə parlamentin fəaliyyəti ilə bağlıdır. Sonrakı dövr, Sovet dövrü parlamentarizmi, Ali Sovet adlanan qurum formal xarakter daşıdığına görə, biz parlamentarizmi ənənələrindən danışa bilmərik. Nəhayət, müstəqillik dövründə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra cümhuriyyətin varisi kimi parlamentarizmi prinsiplərinə qayıdıldı. Dövlət idarəçiliyində bu təsisat öz yerini tutmağa başladı. Sualınızın ikinci hissəsinə gəldikdə isə parlamentin buraxılması ilə qarşılayırıq, bu, 101-ci ili. Bəzən belə fikir səslənir ki, bu bir analoqu olmayan hadisədir. Amma bunun analoqunu uzaqda deyil, öz parlamnetarizmi tariximizdə də tapa bilərik. Mənim fikrimcə, bu dördüncü hadisədir ki, Azərbaycan parlamenti belə bir radikal addım atır, yəni özünü buraxmaqla bağlı belə bir qərara gəlir. Milli Şura 1918-ci ilin iyun ayında Gəncəyə köçdükdən sonra, iyun böhranını aradan qaldırmaq üçün özünü buraxıb və Fətəli xan Xoyskiyə ikinci hökuməti yaratmağı həvalə edib. Sonradan, Azərbaycan parlamenti işğal faktı ilə bağlı 1920-ci il aprelin 28-də özünü buraxdı. Azərbaycan dövlətçiliyi üçün müəyyən təminat aldıqdan sonra belə bir addım atdı. Bu işğal faktı ilə bağlıdır. Müasir dövrdə, 1991-ci ilin payız böhranında, hansı ki, Azərbaycan Ali Sovetinin 360 nəfərlik deputatları öz funksiyalarını demək olar ki, yerinə yetirə bilmirdi. Daha doğrusu müstəqillik şəraitində nəyi necə etməyi bacarmırdılar. Bu zaman demokratik qüvvələrlə hakim, partnomenkulatura arasında kompromis əldə olundu, 1991-ci il noyabrın 26-da 50 nəfərdən ibarət Xalq Deputatlarının (25 nəfər iqtidar, 25 nəfər Demokratik Bloku təmsil edənlər) Milli Şurası yaradıldı. Beləliklə, 300 nəfərdən çox deputat səlahiyyətlərini icrasız qaldı. Faktiki yeni parlament yarandı. Nəhayət, indi, 2019-cu ilin payızında Azərbaycan hakimiyyət partiyasının nümayəndələri müraciət edirlər ki, onların fəaliyyəti müasir dövrün tələblərinə cavab vermədiyinə görə parlamentin işində iştirak edə bilməyəcəklər və yeni parlament seçilməlidir ki, bu islahatlar xəttinə adekvat olan bir qanunverici orqan formalaşsın. Bizim parlamentarizmi tariximizi götürsək, bu, say etibarı ilə dörüdüncü belə cəhddir. Bunun hər mərhələsinin də öz xüsusiyyətləri var. Nə üçün belə addımlar atılıb? Hər dəfə parlament yenilənəndən sonra hansıı siyasi mühit formalaşıb və ölkənin siyasi həyatına nələr vəd edib.

Natiq Məmmədli: Azərbaycanda dörd dəfə parlament böhranı olub
please wait

No media source currently available

0:00 0:07:27 0:00

Amerikanın Səsi: Yəni, siyasi böhranın nəticəsidir?

Mən güman edirəm ki, növbəti parlament böhranı adlayandan sonra Azərraycan dövləti özünün tarixinin yeni bir mərhələsinə qədəm qoyacaq.


Natiq Məmmədli: Parlament tariximizdə, parlamentin birinci və ikinci buraxılma faktı siyasi böhranla bağlı idi. İyun böhranını qeyd etdik. Bu tarixdə də belə keçir. İkinci hadisə işğal faktı ilə bağlı idi. Müstəqil dövlətin mövcudluğu artıq mümkün deyildi. Üçüncü baş vermiş hadisə də, 1991-ci ilin siyasi böhranı ilə birbaşa əlaqəli idi. Kompromis üçün Xalq Deputatlarının Milli Şurası yaradıldı. Hal-hazırda baş verən hadisə isə rəsmi bilgimiz budur ki, dəyişkliklərə adekvat olmadığına görə yeni parlament çağırılmalıdır. İstənilən halda bu addımın atılması siyasi məsələdir, siyasi situasiya ilə bağlıdır. Hər dəfə Azərbaycan tarixində bu hadisələrlə rastlaşanda, Azərbaycan dövlətçiliyi özünün başqa bir etapına qədəm qoyur. Biz müstəqil dövlətik. Mən güman edirəm ki, növbəti parlament böhranı adlayandan sonra Azərraycan dövləti özünün tarixinin yeni bir mərhələsinə qədəm qoyacaq.

Amerikanın Səsi: Ümumilikdə Azərbaycan parlamenti tarixi missiyasını yerinə yetirə bilibmi?

Biz necə ki, cümhuriyyət dövrünün parlamentinin stenoqramlarını tarix üçün oxuyuruqsa, müasir parlament də tarix üçün nələrsə etməlidir.

Natiq Məmmədli: Çox təəssüflər olsun ki, Azərbaycan parlamenti ilkin dövrdə tarixi missiyasını yerinə yetirilməsinə mane olan obyektiv səbəblər var idi. Müasir dövrdə isə, əgər bizim hazırki parlamentimiz öz missiyasını layiqincə yerinə yetirsə idi, yəqin ki, o özünü buraxmaq haqqında dövlət başçısına müraciət etməzdi. Parlament müxtəlif fikirlərin səsləndiyi bir düşərgədir. Parlament cəmiyyətin sosial tələbinə cavab verən bir platformadır. Biz necə ki, cümhuriyyət dövrünün parlamentinin stenoqramlarını tarix üçün oxuyuruqsa, müasir parlament də tarix üçün nələrsə etməlidir.

Amerikanın Səsi: Parlamentarizmi ənənələri müasir Azərbaycan siyasi sistemində özünü təsdiq edə bilibmi?

Bizim indiki Milli Məclis bir il ərzində 1700 qanun layihəsi qəbul edib. Amma, tarixdə indiki parlamentlə ilk parlamentimizi müqayisə edəndə bir qədər qüsurlu müqayisə alınır.

Natiq Məmmədli: Artıq Azərbaycanın müasir siyasi sistemini parlamnetsiz təsəvvür etmək mümkün deyil. Bir firkin altından xətt çəkərək bildirim ki, cümhuriyyətin parlamenti mövcud olduğu 23 ay ərzində 145 iclas keçirib. Bu iclasın 15-də yetərsay olmayıb. 130 iclas baş tutub və 315 qanun layihəsi qəbul edib. Bununla da tarixə düşüb. Bizim indiki Milli Məclis bir il ərzində 1700 qanun layihəsi qəbul edib. Amma tarixdə indiki parlamentlə ilk parlamentimizi müqayisə edəndə bir qədər qüsurlu müqayisə alınır. Parlament öz missiyasını yerinə yetirməlidir, cəmiyyətin maraqlarından çıxış etməlidir və fərqli, yadda qalan, dövlətçilik maraqlarına cavab verən fikrilər, ideyalar meydanı olmalıdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG