Accessibility links

Vəkil: Natiq Cəfərlinin həbsi haqqında rəsmi məlumatda təqsirsizlik prezumpsiyası pozulub


Cavad Cavadov
Cavad Cavadov

Azərbaycan Baş Prokurorluğu “Respublikaçı Alternativ” (ReAl) Hərəkatının icra katibi Natiq Cəfərlinin həbsi haqqında rəsmi məlumatında təqsirsizlik prezumpsiyasını pozub. Bu barədə Turan agentliyinə vəkil Cavad Cavadov bildirib.

Bu məlumatda Cəfərli cinayət əməlləri törətmiş şəxs kimi təqdim edilir. Vəkil qeyd edib ki, indiyədək məhbusun yanına buraxılmayıb və prokurorluğun Cəfərlinin “etirafedici” ifadələr verdiyi barədə iddialarını dəqiqləşdirməlidir.

Vəkil həmçinin qeyd edib ki, prokurorluq işlə bağlı məqamları kriminal kimi qələmə verməyə çalışır. Məsələn, Cəfərlinin qrant vəsaitlərini xərcləmək barədə sərəncamları. “Burada kriminal nə var axı?”, vəkil bildirib.

O xatırladıb ki, prokurorluq və vergi işçiləri Cəfərlinin fəaliyyətini yoxlayıblar və 2014-cü ildə 456 manat verginin ödənilmədiyini müəyyən ediblər, həmin məbləğdə cəza tətbiq ediblər. Cəfərli bununla razılaşmayıb, amma yenə də sözügedən məbləği ödəyib.

Digər tərəfdən, Cəfərlinin 192.1-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə cəlb edildiyi cəza müddəti başa çatıb. Cinayət Məcəlləsinin yeni redaksiyasına görə Cəfərliyə ümumiyyətlə cinayət məsuliyyəti düşmür, vəkil bildirib.

308.2-ci maddənin isə ümumiyyətlə Cəfərli ilə əlaqəsi yoxdur və onu ReAl-ın icrakatibinin məhkəmə istintaqına qədər həbsini əsaslandırmaq üçün tətbiq ediblər.

XS
SM
MD
LG