Accessibility links

Natiq Kərimov: Nardaranda sakitlikdir [Audio-müsahibə] (Son məlumat)


Natiq Kərimov
Natiq Kərimov

Nardaran Ağsaqqallar Şurasının sədri Amerikanın Səsinə qəsəbədə son durumdan danışır

Hazırda Nardaranda hüquq mühafizə orqanları xüsusi əməliyyat keçirir. Qəsəbədə Daxili Qoşunlar var. Mən səhər çörək almaq üçün getdim, dedilər get otur evində. İndi oturmuşam evdə. Səhər saatlarından qəsəbədə mobil telefonlar da işləmirdi. Elektrik enerjisi isə neçə gündür verilmir. Bu barədə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov Amerikanın Səsinə müsahibəsində bildirib.

please wait

No media source currently available

0:00 0:03:54 0:00

O saxlananlar və ya silah, sursat tapılması barədə sualın cavabında bildirib ki, heç nədən xəbəri yoxdur.

“Mənim evimdən iki addım o yanda polis postu var. Avtomobilimlə meydana doğru getmək istəyiridim. Buraxmadılar, dedilər hacı get evinə. Dedim baş üstə”, o qeyd edib.

Kərimovun sözlərinə görə, hazırda qəsəbədə sakitlikdir.

“Nə onlar camaata toxunur, nə camaat onlara bir söz deyir. Avtomobillərin hərəkətinə icazə verilmir, amma camaat sərbəstdir, mağazaya sərbəst gedirlər, çörək alırlar”, o bildirib.

Ağsaqqallar Şurasının sədri qəsəbədə meydanın tam təmizləndiyini deyib.

Onun sözlərinə görə, noyabrın 26-da baş verən insident zamanı ölənlərin bu gün basdırlması gözlənilir.

“Ya cəsədləri gətiriblər, ya da gətirəcəklər. Bu gün onların basdırılması gözlənilir”, Kərimov qeyd edib.

O qəsəbə sakinlərini və hökuməti təmkinli olmağa çağırıb.

“Qarşıdurma ilə heç nəyi həll etmək olmaz. Mən camaatı və hökuməti sakitliyə, təmkinli olmağa çağırıram”, Kərimov deyib.

XS
SM
MD
LG