Accessibility links

NATO Əfqanıstan ordusunun dağılmasına görə Əfqanıstan liderlərini günahlandırıb


NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı Əfqanıstan ordusunun sürətli şəkildə çökməsinə görə Əfqanıstan hökümətinin məsuliyyət daşıdığını bildirib, lakin o eyni zamanda ittifaqın hərbi təlimləri necə aparmalı olduğu ilə bağlı dərs çıxarmalı olduğunu da qeyd edib.

"Əfqanıstan rəhbərliyinin uğursuzluğu bu gün şahid olduğumuz faciəyə səbəb oldu" deyə Stoltenberq Talibanın Əfqanıstana nəzarəti ələ keçirməsinin təhlükəsizliyə təsirlərini müzakirə etmək üçün keçirilən NATO toplantısından sonra deyib.

NATO-da "öyrənilməsi lazım olan dərslərin olduğunu" etiraf edən Stoltenberq, eyni zamanda Əfqanıstan qoşunlarının Taliban hücumu zamanı sürətli şəkildə zəifləməsinin "sürpriz oldu"-ğunu deyib.

2003-cü ildə Talibanı terror təşkilatı elan edən Rusiya, Talibanın qələbəsinə reaksiyasında yeni hökuməti dərhal tanımayacağını bildirib.

Rusiyanın Xarici İşlər Naziri Serqey Lavrov Moskvanın Taliban hökumətini "tanımağa tələsmədiyini" deyərək, "Əfqanıstandakı bütün siyasi qüvvələrin iştirakı ilə əhatəli milli dialoq"-a çağırış edib.

Digər tərəfdən Tükiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə axşamı bildirib ki, Türkiyə Taliban və Əfqanıstandakı bütün digər partiyalarla danışıqlar aparır, və Talibanın nəzarəti ələ aldıqdan sonra göndərdiyi mesajları müsbət qarşılayır.

İordaniyada keçirdiyi mətbuat konfransında Çavuşoğlu, "Taliban da daxil olmaqla, bütün tərəflərlə dialoqu davam etdiririk" deyə bildirib. O həmçinin əlavə edib ki, “Talibanın indiyədək əcnəbilərə, diplomatik şəxslərə və ya öz xalqına verdiyi mesajlara müsbət baxırıq. Ümid edirik ki, bunlar əməldə də əks olunacaq”, o söyləyib.

Çin çərşənbə axşamı Talibanı "mötədil və sabit" dini siyasət yürütməyə və ölkədəki bütün tərəflərin iştirak etdiyi "açıq və inklüziv" bir siyasi struktur qurmağa çağırıb.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunying televiziyada yayımlanan mətbuat konfransında ABŞ-ı Cənubi Asiya ölkəsindəki roluna görə tənqid edib. "İraqda, Suriyada və Əfqanıstanda, ABŞ ordusunun getdiyi yerlərdə qarışıqlıq, bölgü, evlərin dağıdılması və ölümlərin olduğunu görürük" deyə o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG