Accessibility links

ABŞ rəsmisi: "Talibanla danışıqlar novbəti bir neçə gün ərzində baş tuta bilər" [Yenilənib]


Amerika Birləşmiş Ştatları və Əfqanıstan Talibanla danışıqların davam etdirilməsində maraqlı olduqlarını bildirib.

Birgə plan dünən Talibanın Dohada rəsmi olaraq yeni ofisinin işə başlamasından sonra açıqlanıb.

Qrup Əfqanıstan böhranına siyasi cıxış yolu tapmaq istədiyini və Əfqanıstan ərazisindən hər hansı bir ölkəyə qarşı hücum cəhdi əleyhinə çıxacağını bildirib.

Birləşmiş Ştatlar administrasiyasının yüksək vəzifəli rəsmisi deyib ki, ABŞ-la Taliban arasındakı görüş novbəti bir neçə gün ərzində baş tuta bilər. Reuters xəbər agentliyin məlumatına gör. Birləşmiş Ştatlar rəsmisi görüşün cümə axşamı baş tutacagını bildirib.

Əfqanıstan prezidenti Həmid Karzai bildirib ki, əfqan qüvvələri ölkədə təhlükəsizliyə görə nəzarəti beynəlxalq hərbi koalisyadan alaraq, öz üzərinə götürüb.

Cənab Karzai Kabilda keçirilən mərasimdə əfqan qüvvələrinin ölkənin təhlükəsizliyinə nəzarət etmək üçün bütün səylərə başçılıq edə biləcəyini və bunun 12 il davam edən müharibədə ən mühüm dönüş nöqtəsi olduğunu deyib.

NATO-nuin baş katibi Anders Foqh Rasmussen beynəlxalq hərbi alyansın döyüş mövqeyindən dəstək mövqeyinə keçdiyini bildirib.

Cənab Karzayi həmçinin hökumətin Taliban üzvlərilə sülh danişıqlarına başlamaq üçün Qətərə nümayəndələri göndərilməsi haqda planlarını da açıqlayıb.
XS
SM
MD
LG