Accessibility links

Əfqanıstanda hökumət personalı tərəfindən 6 Amerika əsgəri öldürülüb


ABŞ və Əfqanıstanın ordu rəsmiləri hökuməti personalı tərəfindən 6 Amerika əsgərinin öldürüldüyünü bildirib. Ölkənin cənubunda əfqan polis rəisi üç xüsusi təyinatlı amerikalı əsgəri polis məntəqəsində şam yeməyinə dəvət etdikdən sonra atəş açaraq onların hər üçünü öldürüb.

ABŞ hərbi qüvvələrinin rəsmiləri əfqan ordu uniforması geyinmiş şəxsin Helmənd vilayətinin Sanqin mahalında ABŞ əsgərlərini öldürdüyünü təsdiqləyib. Rəsmilər polis rəisinin atəş açdıqdan sonra ərazidən qaçdığını deyirlər.

Taliban sözcüsü Qari Yusif Əhmədi "Əsədulla" adlandırdığı hücumçünun hadisəni törətdikdən sonra militant qrupa qoşulduğunu deyib.

İkinci hadisə bir mülki işçinin NATO əsgərlərinə hücum etməsi ilə baş verib. Nəticədə 3 əsgər öldürülüb.

Son vaxtlar koalisiya qüvvələrinin 34 üzvü qətlə yetirilib.

NATO sözçüsü insidentlərin ümumi vəziyyətə və keçid prosesinə təsir etmədiyini deyib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG