Accessibility links

Həmid Karzai: NATO qüvvələri tez çıxarmaq istəsə Əfqanıstan hazırdır


Əfqanıstan prezidenti NATO-nun Baş katibi ilə Kabildə birgə mətbuat konfransı keçirib

Əfqanıstan prezidenti Həmid Karzai ABŞ-ın başçılığı ilə koalisiya ölkədən daha tez çıxmaq istədiyi təqdirdə, polis və silahlı qüvvələrin təhlükəsizliyə görə məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu deyib.

Cənab Karzai bu açıqlamanı Kabildə NATO-nun Baş katibi Naders Fogh Rasmussenlə birgə mətbuat konfransı zamanı verib.

Əfqanıstanda 11 ildir sürən missiyaya NATO ölkələri arasında dəstəyin azaldığı müşahidə edilir. Eyni zamanda təhlükəsizliyə görə məsuliyyətin 2014-cü ilə qədər bütünlüklə əfqan qüvvələrinə ötürülməsilə bağlı planın hazırlanması ilə bağlı çağırılar da artmaqdadır.

Amerikanın səsinin Əfqan xidmətinə müsahibə verən Rasmussen Əfqanıstan silahlı qüvvələrinin planlaşdırılmış vaxta qədər məsuliyyəti bütünlüklə öz üzərinə götürə biləcəyinə əmin olduğunu deyib.

O həmçinin bildirib ki, NATO və tərəfdaş ölkələr 2014-cü ildən sonra da təlim missiyasını yerinə yetirmək üçün Əfqanıstanda qalmağa davam edəcək.

Kabildə keçirilən mətbuat konfransında Rasmussen deyib ki, NATO-nun Əfqanıstanda əsas məqsədi ölkənin təhlükəsizliyi özünün təmin edə bilməsinə nail olmaq olsa da, Əfqanıstan tək olmayacaq.

Hazırda NATO-nun Əfqanıstanda beynəlxalq qüvvələrinin sayı 100 min nəfərdən ibarətdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG