Accessibility links

NATO anlaşılmazlıq nəticəsində altı əfqan əsgərini qətlə yetirib


NATO bildirib ki, hava hücumu zamanı altı əfqan əsgərinin həlak olması kommunikasiya anlaşılmazlığı nəticəsində baş verib

NATO bildirib ki, cərşənbə axşamı hava hücumu zamanı altı əfqan əsgərinin həlak olması kommunikasiya anlaşılmazlığı nəticəsində baş verib. Rəsmilər bildirib ki, bir əfqan əsgərin yaralanması ilə nəticələnən bu hadisəyə NATO qoşunları ilə Əfqan Milli ordusu arasında anlaşılmazlıq səbəb olub. Onlar deyib ki, NATO- ya məxsus vertolyot patrulu əfqan əsgərlərini Qəzni vilayətinin şərqində mina yerləşdirən yaraqlılarla səhv salıb. NATO baş vermiş hadisəyə görə üzr istəyib. Hadisəni pisləyən əfqan rəsmiləri deyib ki, beynəlxalq qoşunların əfqan əsgərlərini səhvən qətlə yetirməsi ilk dəfə baş vermir.

XS
SM
MD
LG