Accessibility links

NATO-Azərbaycan məsləhətləşmələri keçiriləcək


NATO-Azərbaycan məsləhətləşmələri keçiriləcək
NATO-Azərbaycan məsləhətləşmələri keçiriləcək

Azərbaycan prezidenti məsləhətləşmələrdə iştirak etmək üçün Brüsselə gedib.

Azərbaycan prezidenti İlham Əliyev Belçika işgüzar səfərə gedib. Fevralın 15-də cənab Əliyev Brüsseldə keçiriləcək NATO-Azərbaycan məsləhətləşmələrində iştirak edəcək.

Turan Agentliyinin məlumatına görə, səfər çərçivəsində Azərbaycan prezidenti NATO-nun Brüsseldəki mənzil-qərargahına gedəcək və orada alyansın baş katibi Anders Rasmussenlə görüşəcək, Şimali Atlantik Alyansın Şurasında çıxış edəcək.

NATO-nun mətbuat xidmətinin məlumatına görə, görüşdən sonra Əliyev və Rasmussen jurnalistlər üçün brifinq keçirəcək.

Azərbaycan-NATO əlaqələri 1990-cı illərin əvvəllərindən başlayıb. Azərbaycan 1992-ci ilin martında əməkdaşlıq və məsləhətləşmələr üçün forum rolunu oynayan Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulub.

1994-cü ilin mayında Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulub. Azərbaycan 1997-ci ildə Avro-Atlantika Tərəfdaşlıq Şurasına (AATŞ) çevrilmiş Şimali Atlantika Əməkdaşlıq Şurasının ilk dövrlərdən üzvü olub.

2004-cü ildə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) Təqdimat Sənədi verib. Bu sənədlə Azərbaycan demokratikləşmə, müdafiə və təhlükəsizlik sektoru islahatı, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, fövqəladə hallara hazırlıq, terrorçuluğa qarşı mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini ifadə edib.

Azərbaycan 1996-cı ildən başlayaraq, hər il FTƏP çərçivəsində orta hesabla 200-dən artıq tədbirdə iştirak edir.

2004-cü ilin mayında Azərbaycan Fərdi Tərəfdaşlıq Əməliyyat Proqramına (FTƏP) qoşulub.

Azərbaycan 2005-2007-ci illəri əhatə edən I dövrə və 2008-2010-cu illəri əhatə edən II dövrə FTƏP-i başa çatdırıb. FTƏP-in 3-cü dövrəsinin 2011-ci ildə başlaması nəzərdə tutulub.

Azərbaycan 1999-2008-ci illərdə NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR) iştirak edib, 2008-ci ildə bu bölgədə siyasi vəziyyətin dəyişməsindən sonra öz qüvvələrini oradan çıxarıb. 2003-cü ildən NATO-nun Əfqanıstandakı əməliyyatında (ISAF) iştirak edir. Azərbaycan ISAF-da iştirakını davamlı genişləndirir. Hazırda Azərbaycanın 90 nəfərlik birliyi ISAF əməliyyatının tərkibində xidmət edir. Bundan başqa, 2010-cu ilin oktyabr ayında Müdafiə Nazirliyi tərəfindən Kabul regional komandanlığının tərkibinə 2 hərbi həkim və 2 mühəndis-istehkamçı mütəxəssis göndərilib.

Mövzuya uyğun

XS
SM
MD
LG