Accessibility links

NATO baş katibi ABŞ Konqresində


Stoltenberg
Stoltenberg

NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə günü alyansa üzv ölkələrin xarici işlər nazirlərinin Vaşinqtonda toplantısından əvvəl ABŞ Konqresinin birgə iclasında Amerika qanunvericiləri qarşısında məruzə ilə çıxış edib.

Stoltenberq ABŞ Konqresini “daha iddialı Rusiya” təhlükəsi ilə bağlı xəbərdarlıq edərək deyib ki, Qərbin hərbi alyansı yeni soyuq müharibə başlamaq istəmir, lakin Moskvanın hərbi aqressiyasının qarşısı alınmalıdır.

Alyansın yaradılmasının 70 illiyi münasibətilə ABŞ Konrqesi qarşısında presendenti olmayan məruzəsində Stoltenberq deyib ki, 29 ölkənin üzv olduğu NATO “Avropada yer tipli raketlərin yerləşdirilməsi niyyətində deyil”. O, Rusiyanı Orta mənzilli nüvə raketlərinin ixtisarında dair müqaviləni pozmaqda ittiham edib.

“Biz Rusiyanı təcrid etmək istəmirik. Biz Rusiya ilə daha yaxşı münasibətlər qurmağa çalışırıq. Lakin daha yaxşı münasibətlərin olduğu vaxt da biz mürəkkəb münasibətləri idarə etməliyik” –deyə, Stoltenberq bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Konqresində Amerika qanunvericiləri qarşısında məruzə ilə çıxış edir, 3 aprel, 2019.
NATO-nun baş katibi Yens Stoltenberq ABŞ Konqresində Amerika qanunvericiləri qarşısında məruzə ilə çıxış edir, 3 aprel, 2019.

Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi və Senatda respublikaçı əksəriyyətin lideri Mitç Makkonnell demokratların nəzarətində olan Nümayəndələr Palatası və respublikaçıların nəzarətində olan Senatda ABŞ qanunvericilərinin partiya mənsubiyyətindən asılı olmayaraq 70 illiyi qeyd edilən Avroatlantik alyansa dəstəyini nümayiş etdirmək məqsədilə NATO baş katibini nitq söyləməyə dəvət ediblər.

Xarici işlər nazirlərinin Vaşinqtonda toplaşdığı zaman xarici siyasət məsələləri üzrə təhlilçilər NATO-nun tarixdə ən uğurlu hərbi alyanslardan biri olduğunu vurğulayaraq, təşkilatın Rusiya tərəfindən təhdidlər və kiber hücumlar kimi yeni sınaqların öhdəsindən uğurla gələ bildiyini qeyd edir.

Trampın NATO üzvlərinin müdafiə xərclərinin onların üzərinə düşən hissəsini ödəmədiyi ilə bağlı tənqidləri, Britaniyanın Avropa İttifaqından çıxması prosesilə əlaqədar mümkün dəyişikliklər, eləcə də Türkiyənin NATO-dan çıxarılmasına dair çağırışlar hərbi alyansın parçalandığı kimi bir təəssüratın yaranmasına gətirib çıxarmışdı.

“Mən bunun baş vermədiyini düşünürəm. Alyans güclüdür”, Estoniyanın müdafiə naziri Yuri Luik Amerikanın Səsinə bildirib.

ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberqlə Ağ Evdə görüş keçirir, 2 aprel, 2019.
ABŞ prezidenti Donald Tramp NATO-nun baş katibi Yens Stoltenberqlə Ağ Evdə görüş keçirir, 2 aprel, 2019.

O, NATO üzvləri arasında siyasi dialoqun gücləndiyi və hərbi təlimlərin artdığını, ABŞ-ın Avropaya daha çox hərbi texnikası və əsgəri qüvvəsinin gətirildiyini qeyd edib.

“Siz pulu kiməsə vermisiniz. Siz bu vəsaiti NATO-nun büdcəcində harasa xərcləmirsiniz, bunu özünüzə sərf edirsiniz. Lakin bu sizin öz təhlükəsizliyiniz qarşısında götürdüyünüz öhdəliyi nümayiş etdirir, bu da NATO-da əminlik yaradır ki, bu ölkə öz ərazisinin müdafiəsinə sadiq olduğuna görə onu müdafiə etmək lazımdır”- deyə, ABŞ-ın NATO-dakı keçmiş səfiri, hazırda Makkeyn İnstitutunun direktoru Kurt Volker bildirir.

Lakin bəziləri müdafiə xərclərinin mühüm olduğu ilə razılaşsalar da, bildirirlər ki, alyansın əsasında üzv ölkələrinin bir-birinə etimadı məsələsi durur və Tramp bu etimada zərbə endirib.

“Amerika prezidenti alyansın dəyərini sual edirsə, bizim Moskvada və Pekində düşmənlərimiz NATO-nun prezident tənqid etdiyi kiçik üzv ölkələrinin müdafiəsinə durub-durmayacağı məsələsi ilə bağlı suallar qaldırır. Lakin mən administrasiyanın bu sammitdə Birləşmiş Ştatların hər hansı şəkildə çıxmasını elan edəcəyini düşünmürəm” – deyə, Atlantika Şurasından Mark Simakovski Amerikanın Səsinə bildirib.

NATO xarici işlər nazirləri aprelin 4-də Qərb hərbi alyansının əsasını qoymuş Vaşinqton Müqaviləsinin 70 illiyini qeyd etmək üçün Birləşmiş Ştatların paytaxtına toplaşır.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Ağ Evdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüş keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ordusu Qəzza tərəfədən sərhəd qapısını nəzarətə alıb
please wait

No media source currently available

0:00 0:12:37 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG