Accessibility links

Qoşunların Əfqanıstandan çıxarılmasının riskləri dəyərləndirilir


NATO-nun yüksək səviyyəli rəsmisi açıq qiymətləndirmədən sonra ABŞ və koalisiya qoşunlarını ölkəni tərk etdikdən sonra Əfqanıstan hökuməti və təhlükəsizlik qüvvələrinin uğurlu olacağına və hətta tab gətirə biləcəyinə zəmanətin olmadığını bildirib.

"Əlbəttə ki, reallıqla üzləşməliyik, burada çoxlu qeyri-müəyyənlik var. Ayrılma qərarı risklərə səbəb olur" - deyə, Baş katib Yens Stoltenberq bazar ertəsi Pentaqon və Ağ Evdəki görüşlərdən əvvəl virtual auditoriya qarşısında bildirib.

Yaxın Şərq və Cənubi Asiyadakı Amerika hərbi qüvvələrinə nəzarət edən ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bildirdiyinə görə ABŞ-ın geri çəkilməsi yarı nöqtəyə yaxınlaşır, ən son ABŞ qüvvələri, mülki podratçılar və avadanlıqlar sentyabrın əvvəlinə qədər Əfqanıstandan çıxacaq.

Təxminən 7000 canlı qüvvəsi ərazidə olan NATO-nun da geri çəkilməsi plan üzrə "yolundadır" deyən Stoltenberq Taliban və Əl-Qaidə və İslam Dövləti kimi terror qruplaşmalarına qarşı təxminən iyirmi illik mübarizədən sonra əsgərlərin vətənlərinə göndərilməsi qərarını müdafiə edib.

"Unutmamaq lazımdır ki, bu mərhələli prosses davam edir. Yaxın illərə qədər bizim oradakı böyük əməliyyatlarda iştirak edən 100 mindən çox əsgərimiz var idi. Bu illər ərzində Əfqan təhlükəsizlik qüvvələrini qura bildik, onlara təlim verdik, beləliklə onlar artıq öz ölkələrinin təhlükəsizliyindən cavabdehdir" - deyə, Stoltenberq bildirib.

Lakin bununla yanaşı Əfqan təhlükəsizlik qüvvələrinin ABŞ və NATO qüvvələrinin ərazidə əhəmiyyətli dəstəyi olmadan fəaliyyət göstərmək qabiliyyətinə dair şübhələr qalmaqdadır.

ABŞ əsgərləri keçən ay çəkilməyə başladıqdan bəri Taliban qüvvələri ən azı yeddi bölgəni ələ keçirib, bəzi bölgələri heç bir müqavimət görmədən alıb.

Keçən həftə Birləşmiş Millətlər Təşkilatının Əfqanıstan üçün Sanksiyaların Monitorinqi Qrupu tərəfindən açıqlanan hesabatda bildirilir ki, ölkəni "tərk edən xarici qoşunların səviyyələri artıq effektiv cavab verə bilmədikdə" Taliban komandirləri danışıqlar yolu ilə ala bilmədiklərini güclə ələ keçirməyə başlayıb.

ABŞ-ın yüksək rütbəli hərbi komandirləri də ABŞ qüvvələri və podratçıları yola düşdükdən sonra “Əfqanıstan ordusunun gücünü saxlaya bilməsi” ilə bağlı narahatlıqlarını dilə gətirib.

Bunula belə, NATO-nun Baş katibi vurğulayıb ki, NATO qüvvələrinin Əfqanıstandan çıxmasına baxmayaraq, ittifaq maliyyə dəstəyi verməyə davam edəcək və eyni zamanda Əfqanıstn təhlükəsizlik qüvvələrinə məsləhət vermək və potensiallarını inkişaf etdirməyə kömək etmək üçün Kabildə mülki varlığını davam etdirəcək.

"Əfqanlara dəstəyimizi bitirməyəcəyik" deyən Stoltenberq NATO-nun da Əfqanıstan xüsusi əməliyyat qüvvələri üçün əlavə təlim vermə yollarını araşdırmağa davam etdiyini bildirib. "Əfqanıstan qüvvələrinə başqa ölkələrdə təlim verə bilərik və bu cür dəstəyi necə təmin edə biləcəyimizi araşdırırıq" - deyə, o əlavə edib.

Lakin bu planların detalları açıqlanmayıb və onlar üzərində hələ çox iş görülməlidir.
"İndi detalları araşdırırıq və növbəti addımlarımız barədə məsləhətləşmələr aparırıq" - deyə, NATO rəsmisi Amerkanın Səsinə bildirib.

XS
SM
MD
LG