Accessibility links

Rusiyanın Ukraynanı işğalından sonra Baltikyanı ölkələr NATO-nun daimi mövcudluğunu istəyir


Uzun zamandır hərbi qüvvələri qonşu Rusiyanın hərbi qüvvələrinin yanında cuzi olan kiçik Baltikyanı ölkələr Rusiyanın Ukraynaya hücumundan sonra NATO-nun onların ərazilərində daha geniş və daimi mövcudluğu üçün səylərini təzələyir.

Ümumilikdə cəmi 6 milyona yaxın əhalisi olan Estoniya, Latviya və Litva NATO-nun ən həssas dövlətlərindəndir. Bu ölkələr Qərbin hərbi alyansına 2004-cü ildə qoşulsalar da, lakin Avropanın NATO-ya üzv ölkələrlə yalnız Rusiyanın ağır silahlanmış anklavı Kalininqrad və Rusiyanın müttəfiqi Belarus arasındakı dar bir dəhlizlə bağlıdır.

Keçmiş Sovet ölkələri olan bu Baltikyanı ölkələr Moskvanın Şərqi Avropada təsirini bərpa etməyə çalışmasını narahatlıqla izləyir. Qərb ölkələri kimi onlar da Rusiyanın Ukraynaya təcavüzünə cavab olaraq NATO ittifaqını möhkəmləndirməyə təşviq edilir.

NATO-nun 2014-cü ilə, Rusiyanın Krımı ilhaqına cavab olaraq Baltikyanı və Polşaya rotasiya əsasında dörd çoxmillətli döyüş qrupu yerləşdirməyi qərara alana qədər şərq hissəsində heç bir qüvvəsi yox idi. Bu il Rusiyanın Ukraynaya hücumundan sonra NATO mövcudluğunu daha da gücləndirib.

Ümumilikdə Baltikyanı ölkələr hazırda NATO-nun təxminən 7700 xarici əsgərinə ev sahibliyi edir. Bu, ilin əvvəli ilə müqayisədə təxminən iki dəfə çoxdur.

NATO qüvvələrinin əlavələrinə belə baxmayaraq, Baltikyanı ölkələrin liderləri Rusiyanın genişmiqyaslı işğalı qarşısında bunun kifayət etməyəcəyi barədə xəbərdarlıq edir.

“Vətəndaşlarımızı müdafiə etmək üçün hər cür hücuma ilk dəqiqədən hazır olmaq istəyiriksə və Latviya vətəndaşlarına Fransa, Britaniya, İspaniya, Almaniya vətəndaşlarına verdiyiniz kimi təhlükəsizliklə bağlı eyni hissi vermək istəyirsinizsə, o zaman bu, daimi mövcudluq, silah gücü və imkanlar eyni olmalıdır” - deyə, Latviyanın müdafiə naziri Artis Pabriks Amerikanın Səsinə müsahibəsində deyib.

Baltikyanı ölkələrin liderləri uzun müddətdir ki, ABŞ qoşunlarının daimi bazasını Rusiya işğalına qarşı son çəkindirici vasitə kimi görür. Hazırda ABŞ qoşunları Almaniya, Britaniya və Kanadanın rəhbərlik etdiyi NATO-nun Baltikyanı rotasiya döyüş qruplarına daxildir.

XS
SM
MD
LG