Accessibility links

NATO hərbi təlimlərə başlayıb


NATO-nun baş katibi Yens Stoltenberq və ABŞ-ın müdafiə naziri Lloyd Austin Brüsseldə NATO-nun baş qərargahında. 13 oktyabr 2022.
NATO-nun baş katibi Yens Stoltenberq və ABŞ-ın müdafiə naziri Lloyd Austin Brüsseldə NATO-nun baş qərargahında. 13 oktyabr 2022.

Ukraynada davam edən müharibə və Prezident Vladimir Putinin Rusiya ərazisini qorumaq üçün hər cür vasitədən istifadə etməklə bağlı təhdidləri səbəbilə gərginliyin davam etdiyi bir vaxt, NATO bazar ertəsi şimal-qərbi Avropada uzun zamandır planlaşdırılan illik nüvə təlimlərinə başlayıb.

Döyüş təyyarələri, müşahidə və yanacaq doldurma təyyarələri də daxil olmaqla 60-a yaxın təyyarənin cəlb olunduğu təlimlərdə NATO-nun 30 üzv ölkəsindən 14-ünun iştirak edəcəyi gözlənilirdi.

Müharibə oyunlarının böyük bir hissəsi Rusiya sərhədindən 1000 kilometr uzaqda keçiriləcək.

Oktyabrın 30-dək davam edəcək və Steadfast Noon(Sabit Günorta) adlanan təlimlərdə ABŞ-ın uzun-mənzilli B-52 bombardmançıları da iştirak edəcək. NATO KİV-in təlimlərə çıxışına icazə verməyib.

NATO bildirib ki, təlim uçuşları “Sabit Günorta”ya ev sahibliyi edən Belçika, habelə Şimal dənizi və Birləşmiş Krallıq üzərində keçiriləcək. Təlimlərə nüvə başlıqları daşıya bilən döyüş təyyarələri cəlb olunub, amma hər hansı canlı bomba iştirak etmir.

Təlimlər Putin Rusiya qoşunlarının fevral ayında Ukraynaya daxil olmasına göstəriş vermədən öncə planlaşdırılıb. Rusiya adətən özü də illik təlimlərini bu zamanlar keçirir və NATO Moskvanın bu ay nüvə qüvvələrinin təlimini keçirəcəyini gözləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG