Accessibility links

"NATO suveren və müstəqil Belarusu dəstəkləyir"


NATO-nun baş katibi Cens Stoltenberq deyib ki, alyans Belarusdakı inkişafları yaxından izləyir və "suveren və müstəqil Belarusu dəstəkləyir".

Stoltenberq Berlində Almaniya kansleri Angela Merkellə görüşündən sonra jurnalistlərə açıqlama verib. İki lider Berlində Avropa Birliyinin müdafiə nazirləri ilə görüşdən əvvəl Avropadakı aktual mövzuları müzakirə etmək üçün bir araya gəlib.

İkitərəfli danışıqlar zamanı oYunanıstan və Türkiyə arasındakı ərazi mübahisəsi və Əfqanıstandakı vəziyyət də müzakirə edilib.

Bundan əlavə Stoltenberq ABŞ-ın bu ilin əvvəlində Almaniyadan ordusunu çıxarmaq və Polşaya əlavə qüvvə yerləşdirmək qərarını xatırladıb. NATO-nun rəhbəri "ABŞ-ın Avropada mövcudluğunun həm Avropa, həm də ABŞ-ın təhlükəsizliyi üçün vacib olduğuna görə müttəfiqlərin məsləhətləşmələri mütləq davam etdirilməlidir" deyib.

Avropa Birliyinin müdafiə nazirləri ilə görüşdən əvvəl Stoltenberq Rusiya müxalifətinin lideri Aleksey Navalnının işi ilə bağlı "şəffaf" istintaqa çağırıb. Stoltenberq deyib ki, alman həkimlərinin Kremlin tənqidçisinin zəhərləndirildiyinə dair fikirlərinə şübhə ilə yanaşılmamalıdır.

Navalnının tərəfdarları onun Sibir hava limanında bir fincan çaydan zəhərləndiyini deyir. Daha sonra Navalny Moskvaya uçuş zamanı özünü pis hiss edib və təyyarə Sibirin Omsk şəhərində təcili eniş etməli olub. Keçən həftənin şənbə günü müalicə üçün Almaniyaya aparılmazdan əvvəl Omsk şəhərinin xəstəxanasında olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG