Accessibility links

NATO-nun Baş katibi Ukraynaya gözlənilməyən səfər edib


Yens Stoltenberq Kyivdə
Yens Stoltenberq Kyivdə

Ukrayna müharibəsində son baş verənlər:

  • Ukrayna Prezidenti Volodimir Zelenski Meksika qanunvericilərinə müraciət edəcək.
  • Macarıstan Ukraynadan taxıl, un, bal, müəyyən ət məhsulları və digər ərzaqların idxalını qadağan edir.
  • Associated Press-in fotoqrafı Yevgeni Maloletka Mariupolda doğum evində xərəklə aparılan yaralı hamilə qadının şəklini çəkdiyinə görə İlin Dünya Mətbuat Fotoşəkli (World Press Photo of the year) mükafatına layiq görülüb. Doğum evi Rusiyanın hava zərbəsinə tuş gəlmişdi.

NATO-nun baş katibi Yens Stoltenberq cümə axşamı Ukraynaya elan edilməmiş səfər edib. Bu, Rusiya Ukraynaya hərbi müdaxiləsindən bəri onun ölkəyə ilk səfəridir.

NATO başçısı həlak olan əsgərlər üçün ucaldılan abidəni ziyarət edib və Ukrayna paytaxtı Kyivdə nümayiş etdirilən zədələnmiş Rusiya hərbi texnikasına baxıb.

Stoltenberq dəfələrlə Ukrayna qüvvələrinə yardım etmək üçün silah təchiz edən NATO üzvlərinə dəstəyini ifadə edib və onun rəhbərliyi altında ittifaq böyüyüb. Belə ki, Finlandiya Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq alyansa qoşulub. Bundan əlavə Finlandiyanın qonşusu İsveçin də ittifaqa qoşulmaq ərizəsi Macarıstan və Türkiyə istisna olmaqla, bütün NATO üzvləri tərəfindən təsdiqlənib.

NATO üzvləri olan Danimarka və Niderland cümə axşamı Ukrayna üçün 14 Leopard 2-A4 tanklarını alıb, təmir etmək üçün əməkdaşlıq etdiklərini açıqlayıb.

Niderland və Danimarkanın müdafiə nazirləri deyib ki, tanklar gələn ilin əvvəlində Ukrayna qüvvələrinə çatdırılmaq üzrə hazır olacaq. 180 milyon dollarlıq xərci Danimarka və Niderland üzərinə alacaq.

Ukrayna müttəfiqləri Rusiya qüvvələrinə qarşı mübarizə apara bilmək üçün onları tanklar kimi ağır texnika ilə təmin etmələrini istəyib.

Tankla bağlı razılıq çərşənbə günü Ukrayna müdafiə nazirinin ölkəyə Patriot hava hücumundan müdafiə sistemlərinin çatdırıldığını elan etməsindən sonraya təsadüf edib. Bu raket sistemləri Ukraynanın Rusiyanın hava hücumlarından qorunmaq üçün istədiyi digər bir texnikadır.

XS
SM
MD
LG