Accessibility links

NATO-nun baş katibi: Ukrayna bir gün Qərbin hərbi alyansına qoşulacaq


NATO-nun Baş katibi Yens Stoltenberq Buxarestdə NATO xarici işlər nazilərinin görüşündə mətbuat konfransında çıxış edir. 29 noyabr, 2022.
NATO-nun Baş katibi Yens Stoltenberq Buxarestdə NATO xarici işlər nazilərinin görüşündə mətbuat konfransında çıxış edir. 29 noyabr, 2022.

NATO-nun baş katibi Yens Stoltenberq çərşənbə axşamı birbaşa Rusiya Prezidenti Vladimirə Putinə qarşı çıxaraq deyib ki, indi Rusiyanın işğalına qarşı döyüşən Ukrayna bir gün Qərbin hərbi alyansına qoşulacaq.

“NATO-nun qapısı açıqdır,” Stoltenberq Rumıniyanın paytaxtı Buxarestdə NATO-nun xarici işlər nazirlərinin görüşündə söyləyib. O, 2008-ci ildə Ukraynaya edilən amma o zamandan ilişib qalan üzvlük vədini yeniləyib. O qeyd edib ki, Şimali Makedoniya və Monteneqro bu yaxında Qərbin İkinci Dünya Müharibəsindən sonra əsas həri alyansına qoşulub, İsveç ilə Finlandiya da yaxında qoşulacaq.

Rusiyanın ölkələrin qoşulmasına “veto qoymaq hüququ yoxdur. Biz Ukraynanın üzvülüyü ilə bağlı da eyni mövqedəyik,” Stoltenberq deyib.

"Prezident Putin suveren ölkələrin Rusiyaya təhdid olmayan suveren qərarlar vermələrinə etiraz edə bilməz,” Norveçin sabiq baş naziri deyib. “Məncə o, demokratiya və azadlıqdan qorxur və bu, onun üçün əsas problemdir.”

Ancaq Ukrayna NATO-ya yaxınlarda qoşulmayacaq. Belə ki, belə bir halda, alyansın xartiyasına əsasən, 30 üzv ölkənin silahlı qüvvələri Rusiya qoşunlarına qarşı döyüşməli olacaq. Bu isə ABŞ və müttəfiqlərinin ukraynalı döyüşçülərə ölkələrini müdafiə etmək üçün Kyiv hökumətinə göndərdikləri milyardlarla dollar dəyərində hərbi və humanitar yardımdan əlavə bir öhdəlikdir.

Bir çox NATO ölkəsi hesab edir ki, Kyivin üzvlüyü ilə bağlı aralarında mümkün parçalanmaya səbəb olacaq siyasi fikir ayrılığındansa, diqqət Ukraynaya hərbi yardımı davam etdirməyə yönəlməlidir. Ukraynadakı müharibəni təhlil edən bəzi analitiklər Putinin hərbi müdaxilə etmək qərarının arxasındakı amillərdən birinin NATO üzvlüyünün mümkün olduğunu bildirib.

Stoltenber deyib ki, “Biz müharibənin ortasındayıq və ona görə də müttəfiqlərin Ukraynanı hərbi, humanitar, maddi dəstəklə təmin etmələri üçün birliyinə xələl gətirəcək heç nə etməməliyik, çünki biz Prezident Putinin qalin gəlməsinin qarşısını almalıyıq.”

Buxarestdə ABŞ-ın dövlət katibi Antoni Blinken Birləşmiş Ştatların Rusiyanın həftələrdir elektrik və su sistemlərini sıradan çıxarmaq üçün Ukraynanın infrastrukturunu hədəf aldığı hava hücumları fonunda Kyivə mühüm elektrik şəbəkəsi avadanlığı alması üçün əlavə 53 milyon dollar yardım göndərdiyini elan edib.

ABŞ-ın baş diplomatı deyib ki, avadanlıqlar Ukraynaya dərhal göndəriləcək və onlar arasında paylayıcı transformatorlar, avtomat açarlar, dalğalanma qoruyucuları, ayırıcılar, nəqliyyat vasitələri və digər əsas avadanlıqlar olacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG