Accessibility links

NATO genişmiqyaslı hərbi təlimlərə başlayır


Arxiv fotosu-NATO-nun Polşada keçirdiyi hərbi manevlər, 16 iyun, 2017.

NATO soyuq müharibə dövründən bəri Norveçdə ən genişmiqyaslı təlimlərə başlayacaq. Alyans rəsmilərinin bildirdiyinə görə, 50 min nəfərdən ibarət əsgəri qüvvənin cəlb edildiyi təlimlər Rusiyaya NATO-nun Moskva tərəfindən hər hansı hücumu dəf edə bilmək qabiliyyətinə malik olduğunu nümayiş etdirmək məqsədi daşıyır.

Norveçdə keçiriləcək Trident Juncture hərbi təlimləri alyansın nəzəriyyədə xəyali ölkə tərəfindən “hücuma” cavabının simulyasiyası xarakteri daşıyır. Lakin manevrlər Rusiyanın Vostok hərbi oyunlarından sonra Moskvanın qonşularından biri olan ölkənin ərazisinə böyük sayda hərbi qüvvənin cəlb olunmasını nəzərdə tutur.

Norve, silahlı qüvvələrinin əsgəri
Norve, silahlı qüvvələrinin əsgəri

NATO-nun Birgə Müttəfiq Qüvvələrinə rəhbərlik edən admiral Ceyms Foqqonun sözlərinə görə, hərbi təlimlər “NATO-un hansısa ayrı götürülmüş ölkə deyil, hər hansı düşmənə qarşı müdafiə qabiliyyətinin nümayiş etdirilməsi məqsədi daşıyır”.

Admiral Foqqo deyib ki, Norveç Rusiya ilə sərhədə malikdir və 150 təyyarə, 60 gəmi və 10 min hərbi maşından ibarət böyük qüvvə alyansın müttəfiqini müdafiə etmək üçün qüvvələrinin mobilizə etmək qabiliyyətinə malik olduğunu nümayiş etdirəcək.

Rusiyanın keçirdiy Vostok-18 hərbi oyunları
Rusiyanın keçirdiy Vostok-18 hərbi oyunları

NATO təlimlərini müşahidə etmək üçün Rusiya və Belarusdan hərbi müşahidəçilər dəvət edilib.

Bu, NATO-nun Sovet İttifaqının 1991-ci ildə süqutundan sonra ən genişmiqyaslı hərbi təlimləri olacaq. Lakin bu təlimlər Rusiya və Çinin keçən ay keçirdiyi Vostok hərbi manevrlərindən həcmdə daha kiçik təlimlərdir.

XS
SM
MD
LG