Accessibility links

İslam Dövləti qrupu tərəfindən girov götürülən 49 Türkiyə vətəndaşı azad edilib


Türkiyənin baş naziri İslam Dövləti qrupu tərəfindən girov saxlanılan 49 konsulluq işçisinin azad edildiyini bildirib.

Əhməd Davudoğlu şənbə günü səhər girovların azad edildiyini və təhlükəsiz şəkildə Türkiyəyə çatdığını deyib.

Diplomatlar, əsgərlər və uşaqlar daxil olmaqla 49 nəfərTürkiyənin Mosuldakı konsulluğunda iyun ayının 11-i İslam Dövləti qrupu tərəfindən qaçırılmışdı.

Girovların hansı şəkildə azad edildiyi və ya onların azadlığa buraxılması müqabilində pul ödənib-ödənmədiyi hələ məlum deyil.

NATO üzvü olan Türkiyə 49 vətəndaşının təhlükəsizliyi səbəbi ilə İslam Dövləti qrupuna qarşı mübarizə arapmaq üçün yaradılmış beynəlxalq koalisiyaya qatılmağa istək göstərməyib.

Baş nazir Davudoğlu bildirib ki, girovların azad edilməsi milli təhlükəsizlik orqanalrının səyləri nəticəsində baş verib. Lakin o, planın təfərrüati barədə açıqlama verməyib.

Prezident Rəcəp Tayyip Ərdoğan girovların uğurlu əməliyyat nəticəsində azad edildiyini və gizli saxlandığını deyib.

İyun ayının 6-da Mosulda İslam Dövləti qrupu tərəfindən saxlanılmış Türkiyənin 32 yük maşını sürücüsü bir ay sonra azad edilmişdi.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG