Talibanın Əfqanıstanın paytaxtı Kabildə NATO konvoyuna qarşı hücumu nəticəsində xarici qüvvələrin 3 əsgəri həlak olub. Kamikadze hücumu daha 5 adamın yaralanmasına yol açıb.
NATO həlak olnaların milliyətini açıqlamayıb.
Əfqanıstanın Daxili İşlər Nazirliyinin sözçüsü Sediq Sediqi hücum zamanı 13 milki vətəndaşın xəsarət aldığını bildirib.
Hücum bu gün ABŞ səfirliyi ilə Kabil hava limanını birləşdirən əsas yoldakı səhər reydi zamanı həyata keçirilib.
Maşına yerləşdirilmiş bomba Amerika səfirliyindən bir neçə yüz metrlik məsafədə partlayıb.
Taliban hücumun məsuliyyətini üzərinə götürüb.