Accessibility links

NATO Makedoniyanı Şimali Atlantika Alyansına qatılmaq məqsədi ilə müzakirələrə dəvət edib


NATO keçmiş Yuqoslaviya respublikasının tərkibində olan Makedoniyanı rəsmi olaraq baş qərargahı Brüsseldə yerləşən Şimali Atlantika Alyansına qatılmaq məqsədi ilə üzvlük müzakirələrini başlamağa dəvət edib.

Uzun müddətdir gözlənilən bu dəvət 29 ölkənin yüksək səviyyəli rəsmisinin iştirak etdiyi sammitdən dərhal sonra edilib.

NATO-nun baş katibi Yens Stoltenberq NATO qapılarının açıldığını və açıq qalacağını deyib. “Keçən ay Afina və Skopye arasındakı razılaşmanı səmimi qarşıladıq və bu gün danışıqlara üzvlük məsələsini müzakirə etmək üçün Skopye hökumətini buraya dəvət edirik. Bütün prosedurlar başa çatıb və adla bağlı müqavilənin yekunlaşmasından sonra bu ölkə NATO-nun 30-cu ölkəsi kimi qəbul ediləcək” deyə, baş katib bildirib.

Keçən ay Yunanıstanla Makedoniya arasında mübahisəli “Makedoniya” adı ilə bağlı razılıq əldə edilib və Şimali Makedoniya Respublikası adlanacağı barədə razılıq əldə edilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG