Accessibility links

NATO-nun baş katibi Rusiyanı Ukrayna məsələsini diplomatik yolla həll etməyə çağırıb


NATO-nun baş katibi Yens Stoltenberq cümə günü Rusiyaya Ukraynadakı vəziyyəti de-eskalasiya etməyə, Ukraynanın suverenliyinə hörmət etməyə və regional fikir ayrılıqlarını həll etmək üçün diplomatiyaya qayıtmağa dair çağırışını təkrarlayıb. O bunu Parisdə Fransanın Xarici İşlər naziri İv Le Drian və Silahlı Qüvvələr naziri Florens Parli ilə görüşlər keçirərkən deyib.

Artıq bir neçə həftədir ki, Rusiya Ukrayna ilə sərhədində qoşun və ağır hərbi texnika toplayır.

ABŞ Kəşfiyyatının hesabatları göstərir ki, Rusiya gələn ilin əvvəlində mümkün işğala hazırlıq məqsədilə sərhədə 100 min-dən çox əsgər gətirməyi planlaşdırır. Rusiya isə bu xəbərləri təkzib edir.

Məsələ keçən həftə NATO nazirlərinin görüşündə, eləcə də ABŞ Prezidenti Co Bayden və Rusiyalı həmkarı Vladimir Putin arasında da müzakirə edilib.

Parisdə çıxış edən NATO baş katibi prezidentlər arasındakı dialoqu alqışladığını bildirib və böhranın siyasi, diplomatik həll yolunu tələb etdiyini vurğulayıb.

Xarici işlər naziri İv Le Drian yenidən Ukraynanın ərazi bütövlüyünə hər hansı bir hücumun Rusiya üçün “kütləvi strateji nəticələrə” səbəb olacağını deyib.

Stoltenberq həmçinin Fransa prezidenti Emmanuel Makronun cümə axşamı Fransanın gələn il altı ay ərzində Avropa İttifaqı Şurasına sədrlik etməsi ilə bağlı çıxışına da fikir bildirib. Makron güclü “suveren Avropa”-dan danışıb və Aİ-nin müdafiə qabiliyyətini gücləndirməyə çağırıb.

Baş katib Avropanın müdafiəsini yaxşılaşdırmaq üçün yeni səyləri alqışladığını bildirib, lakin o xəbərdarlıq edib ki, regionun ehtiyacı olan şey, “onsuz da mövcud olanı təhlükəyə atan yeni strukturları təkrarlamaq” deyil, həm NATO, həm də Aİ tərəfindən istifadə edilə bilən daha yaxşı bacarıqlardır".

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG