Accessibility links

NATO-nun baş katibi Türkiyəyə səfər edir


NATO-nun baş katibi Yens Stoltenberq mayın 6-da Ankaraya səfər edir. Bu səfər Türkiyənin Rusiyadan raket sistemi almaq planları üzündən alyans üzvləri ilə münasibətlərinin gərginləşdiyi dönəmdə gerçəkləşir.

Stoltenberq mayın 5-də Türkiyənin Anadolu dövlət xəbər agentliyinə deyib ki, Rusiyadan S-400 yer-hava tipli raket sisteminin alınması üzrə Türkiyə ilə Birləşmiş Ştatlar arasında “dialoqun davam etdirilməsinə” tərəfdardır.

O həmçinin “Türkiyənin ABŞ-dan Patriot raket sistemi almasının mümkünlüyü ilə bağlı danışıqların” arzuedilən olduğunu bildirib. Görünür, alyans rəhbəri Türkiyə rəhbərliyinin S-400 ilə bağlı mövqeyinə yenidən baxmasına çalışacaq.

Prezident Recep Tayyip Ərdoğan dəfələrlə bildirib ki, Vaşinqton və NATO-nun artan təzyiqinə baxmayaraq, Türkiyə S-400 sazişindən əl çəkməyəcək.

Vaşinqton Türkiyənin F-35 qırıcı təyyarə proqramından çıxarılmaq riski ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib. Türkiyə bu təyyarənin istehsalı konsorsiumunun üzvü və alıcısıdır.

“Hərbi tədarüklə bağlı qərarları ölkələr özləri verirlər”, Stoltenberq agentliyin S-400 ilə bağlı sualını belə cavablandırıb.

“Ancaq əməliyyat və missiyalarımız zamanı silahlı qüvvələrimizin qarşılıqlı uyğunluğu NATO-dan ötrü vacibdir”, o, sözlərinə əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG