Accessibility links

NATO-nun baş katibi Tbilisidədir


Tbilisiyə səfəri zamanı NATO-nun baş katibi Yens Stoltenberq bir daha bəyan edib ki, Kremlin qəti şəkildə əleyhinə olmasına baxmayaraq, Gürcüstan son nəticədə şimal alyansına qoşulacaq.

Stoltenberq Gürcüstan paytaxtına martın 25-də gedib və orada rəsmilərlə görüşlər keçirməyi, NATO-Gürcüstan hərbi təlimlərində iştirak etməyi planlaşdırır.

Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə birgə keçirilən mətbuat konfransında Stoltenberq deyib ki, NATO-nun 29 üzvü “Gürcüstanın NATO üzvü olacağına dair aydın bəyanat verib”. O bildirib ki, heç bir ölkənin NATO-nun açıq qapılar siyasətinə qarışmaq səlahiyyəti yoxdur:

"Biz Gürcüstanı NATO üzvlüyünə hazırlamaq məqsədilə birgə işləyəcəyik. Mən Rusiyanın və ya hər hansı başqa ölkənin bizim üzvlərimizin əvəzinə qərar qəbul etməsini qeyri-məqbul sayıram”.

Baxtadze deyib ki, “NATO üzvlüyü Gürcüstan xalqının seçimidir”.

Stoltenberqin prezident Salome Zurabişvili ilə də görüşəcəyi gözlənilir.

NATO rəhbəri Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bildirib.

Rəsmi Tbilisi 9 ildən artıqdır alyansa qoşulmaq istəyir.

Gürcüstana 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitində “bir gün bu alyansın üzvü olacağına” dair vəd verilib. Gürcüstan indiyədək NATO-ya 10 dəfə “İllik Milli Proqram” təqdim edib, amma “Üzvlük üçün Hərəkət Planı” Tbilisi üçün hələ də əlçatmaz olaraq qalır.

NATO Gürcüstana onun özünü müdafiə edə bilməsi üçün dəstək öhdəliyinə hələ də sadiq qalır və mart ayında bu ölkədə özünün ən böyük hərbi manevrlərini keçirir.

Buna baxmayaraq alyansın bir çox üzvü Tbilisinin NATO üzvlüyünə qəbul olunmasının Moskvanı hiddətləndirəcəyini deyən Almaniya və Fransanın arxasında gizlənirlər.

Tbilisinin “Qərbi Almaniya” modelini seçməsi kimi variant da var. Bu halda Tbilisi bir vaxtlar Almaniya özünün şərq hissəsindən imtina etməklə NATO-ya qoşulduğu kimi, Abxaziya və Cənubi Osetiyadan birdəfəlik əl çəkməklə alyansa üzv ola bilər. Lakin NATO üzvlərini hətta bu variant da tam qane etmir.

NATO rəsmiləri deyirlər ki, Gürcüstan özünün insan haqları və qanunun aliliyi ilə bağlı vəziyyətini “Qərbi Almaniya” standartlarına qaldırsa, daha yaxşı olardı.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG