Accessibility links

NATO-nun müdafiə nazirləri yeni müdafiə planı ilə bağlı razılığa gəliblər


NATO-nun müdafiə nazirləri ittifaqın mürəkkəb və dəyişən bir təhlükəsizlik mühitinə daha operativ şəkildə reaksiya verməsinə imkan yaradacaq planı təsdiqləyiblər. Bu barədə Baş katib Yens Stoltenberq məlumat verib.

Alyansın müdafiə nazirləri, o cümlədən ABŞ-ın müdafiə nazir Lloyd Austin Brüsseldə nazirlərin toplantısının ilk günündə NATO-nun məhdudlaşdırma və müdafiə mövzusunda mövqeyini müzakirə ediblər.

"Nazirlər bu gün ittifaqımızı böhran və qarşıdurmalardan qorumaq üçün bizi və bir milyarddan çox olan əhalimizi lazım olan yerdə və doğru zamanda hər hansı bir təhdiddən qorumaq, lazımi qüvvələrə sahib olmağımızı təmin etmək üçün ittifaqımızı böhran və qarşıdurmalardan qorumaq məqsədilə yeni əhatəli planı təsdiq ediblər " – deyə, Stoltenberq mətbuat konfransında qeyd edib.

Onun sözlərinə görə, müttəfiqlər müdafiə üçün daha çox vəsait ayırmaq və qüvvələrin döyüşə hazırlıq imkanlarını artırmaq barədə razılığa gəliblər.

Nazirlər həmçinin Rusiya raket sistemlərindən artan təhlükəyə cavab vermə prosesini nəzərdən keçiriblər.

"Rusiyanın sabitliyi pozan davranışını təkrarlamayacağıq və yeni yerüstü nüvə raketlərini Avropada yerləşdirmək fikrimiz yoxdur. Bu təhlükəyə cavab vermək üçün balanslaşdırılmış siyasi və hərbi tədbirlər paketi həyata keçiririk" - deyə, Stoltenberq bildirib.

Bu paketə alyansın hava və raketdən müdafiə sisteminin əhəmiyyətli inkişafı daxildir. Planda həmçinin Bbşinci nəsil reaktiv mühərriklərin tətbiqi, dəyişən şəraitə uyğunlaşdırılmış təlimlər və kəşfiyyat işləri aparmaq, nüvə silahından qorunma və effektivliyini artırmaqla adi silah potensialının artırılması da nəzərdə tutulur.

Stoltenberq alyansla Rusiya arasındakı əlaqələrin Soyuq Müharibənin sonundan bəri ən aşağı səviyyədə olduğunu açıqlayıb.

Rusiya ilə NATO arasında son vaxtlar gərginlik artıb. Bazar ertəsi Moskva, alyansın daimi nümayəndəliyin səkkiz rus işçisini ölkədən çıxarmasına cavab olaraq NATO-dakı daimi nümayəndəliyinin işini dayandırdığını açıqlayıb. İttifaq rusları casusluqda günahlandırmışdı, Kreml bu ittihamları rədd edir.

Stoltenberq Rusiyanın alyansın Moskvadakı ofisini bağlamaq qərarından təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, NATO-nun hələ də Rusiya ilə əlaqələri var, lakin bu ünsiyyət işini çətinləşdirir.

Stoltenberq bu çətin vəziyyətin iki tərəf arasında danışıqların davam etdirilməsinin əhəmiyyətini vurğuladığını ifadə edərək, NATO-nun Rusiya ilə konstruktiv dialoq qurmaq səylərini davam etdirəcəyini əlavə edib.

Nazirlər həmçinin Əfqanıstandakı vəziyyəti də müzakirə ediblər. NATO ölkələri birlikdə Əfqanıstana daxil olub və birlikdə oradan qüvvələrini çıxarıb.

"Əldə olunan qazancları necə davam etdirəcəyimiz və Əfqanıstanın bir daha terrorçu sığınacağı olmamasını təmin edilməsinə dair fikir mübadiləsi apardıq. Ayıq-sayıq qalmağın lazım olduğuna razılaşdıq. Beynəlxalq terror təşkilatlarının Əfqanıstanda yenidən birləşmək cəhdlərini izləyəcəyik” – deyə, Stoltenberg bildirib.

Onun sözlərinə görə, ABŞ və bir sıra digər müttəfiqlər Əfqanıstandan kənarda belə terror qruplarına zərbə endirməsinə imkan verən gücə malikdir. "Talibandan terrorla mübarizə aparmaq, hərəkət azadlığını təmin etmək və insan haqlarına hörmət etməklə bağlı verdikləri sözlərə əməl etmələrini tələb edəcəyik" - deyə, Baş katib vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG