Accessibility links

NATO-nun Rusiya diplomatlarını çıxarması Moskvanı hiddətləndirə bilər


Avropa rəsmiləri bildirir ki, NATO qətllər, sui-qəsdlər və partlayışlar da daxil olmaqla, Rusiyanın Avropadakı iddia edilən casusluq fəaliyyətinə cavab olaraq, bu ölkənin 8 diplomatını kənarlaşdırmağı və Rusiyanın qərb alyansında müşahidəçi missiyasının üzvlərinin sayını yarıya endirməyi planlaşdırır.

Diplomatlara bu ayın sonuna qədər Brüsseli tərk etmələri bildirilib. NATO rəsmilərinin Amerikanın Səsinə verdiyi məlumata görə, hazırda NATO qərargahında Rusiyanın boş qalan iki diplomatının yerinə kiminsə təyin edilməsinə icazə verilməyəcək.

İlk olaraq Britaniyanın Sky News telekanalının məlumat verdiyi kimi, 8 diplomatın akreditasiyasının ləğv edilməsi Rusiya qanunvericiləri tərəfindən kəskin şəkildə qınanıb. Millət vəkilləri Kremlin Moskvadakı qərb diplomatlarının ölkədən çıxarılması ilə də olmasa, bunun qisasının alınacağını bildirib. Bu, qərb ölkələri ilə Rusiya arasında soyuq müharibəni xatırladan münasibətlərin daha da pisləşməsinə zəmin yaradıb.

NATO rəsmisi çərşənbə günü "Rusiya Federasiyasının NATO da akkreditə edə biləcəyi diplomatların sayını 10-a endirdik" deyib. Rəsmilər həmin diplomatları "Rusiya kəşfiyyatının məxfi məmurları" olaraq xarakterizə edib.

NATO bu açıqlamanı Vaşinqtondakı Demokrat və Respublikaçı senatorların Moskva ABŞ-ı təmsil edən amerikalı diplomatlara əlavə vizalar verməkdən imtina edəcəyi təqdirdə, Prezident Co Baydendən Rusiyanın 300 diplomatını ABŞ-dan çıxarmasını tələb etməsindən bir gün sonra verib.

Senatorların dediyinə görə, Rusiyanın ABŞ-da 400 diplomatı olduğu halda Rusiyada Amerikanın təxminən 100 diplomatı var.

XS
SM
MD
LG