Accessibility links

NATO rəsmisi: Ukrayna alyansın sammitində iştirak edəcək


NATO-nun yüksək səviyyəli rəsmisi bildirib ki, Macarıstanın baş naziri Viktor Orbanın qarşıdan gələn sammitdə Ukraynanın alyansa üzvlüyünə maneə yaradacağı vədi ilə bağlı məktubu Kiyevin NATO ilə əlaqələrinə təsir göstərməyəcək.

Ukraynanın “Evropeyskaya pravda” qəzetinin bazar ertəsi verdiyi məlumata görə, Macarıstanın Xarici İşlər Nazirliyi NATO-nun baş katibi Yens Stoltenberqə məktub göndərib. Məktubda deyilir ki, “Orban alyans üzvlərinə Ukrayna və Gürcüstan liderləri ilə görüşlərin nəticəsi olaraq təklif edilən hər hansı bir sənədin əleyhinə səs verəcək”.

​Qəzetin məlumatına əsasən, məktub Ukrayna və Macarıstan arasında nazirlər səviyyəsində görüşdən bir neçə gün sonra göndərilib. Həmin görüş zamanı tərəflər Ukraynanın Avropa Şurasının konsultativ orqanı olan Venesiya komissiyasının qərarları ilə ziddiyyət təşkil edən təhsil haqda qanuna düzəlişlər edilməsi barədə razılıq əldə edib.

Macarıstanın baş naziri Viktor Orban
Macarıstanın baş naziri Viktor Orban

Macarıstan nümayəndələri bildiriblər ki, Ukrayna bu tələbləri yerinə yetirməyə razı olsa, o zaman Kiyevin NATO-ya qəbul olunması səylərinin qarşısını almayacaqlaar.

1999-cu ildən NATO-nun üzvü olan Macarıstanın daimi nümayəndə heyəti Ukrayna kimi alyansa üzv olmaq istəyən ölkələrin səylərinə veto qoya bilər.

NATO və Macarıstanın nümayəndələri Budapeştin NATO-Ukrayna münasibətəri ilə bağlı mövqeyinin qəfil dəyişməsi ilə bağlı açıqlama verməyib və məktubun detallarını açıqlamaqdan imtina ediblər.

NATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq

Alyans nümayəndələri məktubu aldıqlarını təsdiq ediblər, lakin onun məzmunu ilə bağlı sualların Budapeştə ünvanlanmalı olduğunu bildiriblər.

Son illər Ukrayna təhlükəsizlik və müdafiə sahələri, habelə səhiyyə, təhsil və sosial təminat kimi sahələrdə ciddi islahatlar həyata keçirib. Ukraynanın bu islahatlar yolunu davam etdirməsi mühümdür.
NATO nümayəndəsi

“Macarıstan hökuməti Ukrayna ilə əlaqədar NATO-nun baş katibi Yens Stoltenberqə məktub göndərib”, alyansın nümayədəsi Amerikanın Səsinin Ukrayna xidmətinə təsdiq edib. “Onun məzmunu ilə bağlı bütün başqa məsələlərlə əlaqədar Macarıstan rəsmilərinə müraciət etmənizi məsləhət görürəm”, o əlavə edib.

Alyans rəsmisi bildirib ki, NATO Ukraynaya mühüm siyasi və praktik dəstək verir. “Son illər Ukrayna təhlükəsizlik və müdafiə sahələri, habelə səhiyyə, təhsil və sosial təminat kimi sahələrdə ciddi islahatlar həyata keçirib. Ukraynanın bu islahatlar yolunu davam etdirməsi mühümdür”, o qeyd edib.

Ukrayna prezidenti Petro Poroşenko
Ukrayna prezidenti Petro Poroşenko

Orbanın məktubunun əsas məqsədinin Ukraynanın sammitdə iştirakını blok etmək olub-olmadığı aydın olmasa da NATO nümayəndəsi verdiyi açıqlamada bildirib ki, Ukrayna sammitdə iştirak edəcək.

“Ukrayna gələn həftə sammitdə iştirak edəcək. Sammitin formatı yaxın vaxtda elan ediləcək. Biz alyansa üzv ölkələrin liderlərinin Ukraynanın səylərini tanıyacağını və ölkəyə bundan sonra da siyasi və praktik dəstək göstərilməsinə dair qəti niyyətlərini nümayiş etdirəcəyini gözləyirik”, NATO nümayəndəsi bildirib.

NATO iyun ayında Ukrayna prezidenti Petro Poroşenkonu iyulun 11-12-də Brüsseldə keçiriləcək zirvə görüşünə dəvət edib.

XS
SM
MD
LG