NATO-nun baş katibi Yens Stoltenberq gələn ay NATO-Rusiya Şurasının iclasının keçirilməsinə çalışıb və iştirakı təmin etmək məqsədilə ilə Moskva ilə əlaqə saxlayıb. Bu barədə alyansın sözçüsü bazar günü bildirib.
Stoltenberq son aylar bir neçə dəfə 2002-ci ildə yaranmış, lakin Ukrayna münaqişəsi səbəbindən hazırda fəaliyyət göstərməyən bu qurum vasitəsilə Moskva ilə dialoqu bərpa etməyi təklif edib. Rusiya rəsmiləri buna müsbət cavab verməyib.
"Biz Rusiya ilə əlaqə saxlayırıq" - deyə, adının açıqlanmasını istəməyən NATO sözçüsü yanvarın 12-də keçirilməsi nəzərdə tutulan görüşlə bağlı bildirib.
NATO ardıcıl olaraq Rusiyanın 2014-cü ildə Krımı Ukraynadan ilhaq etməsini pisləyib və Moskvanı qonşusunun ərazisinin suverenliyinə hörmət etməyə çağırıb.
Qərb uzun müddətdir Kremli 2014-cü ildə Moskvanın Krımı ilhaq etməsindən az sonra Ukraynanın şərqində iki rayonu ələ keçirmiş rusiya tərəfdarı separatçılara birbaşa hərbi dəstək verməkdə ittiham edir.
Rusiya bu iddiaları rədd edir, Putin isə 13 mindən çox insanın həyatına son qoyan münaqişənin soyqırım olduğunu iddia edir.
Kreml Qərbin və NATO-nun Rusiya sərhədlərinə təhlükəli şəkildə yaxınlaşdığında israr edir.
Bu ayın əvvəlində Moskva Qərbə geniş təhlükəsizlik tələbləri ilə çıxış edərək, NATO-nun yeni üzvləri qəbul etməməli olduğunu və ABŞ-ın keçmiş sovet respublikalarında yeni bazalar yaratmasının qarşısını almağa çalışdığını bildirib.
Yanvarın 12-də keçiriləcək görüş Moskvanın tələblərini irəli sürməsindən sonra Stoltenberqin təklif etdiyi ilk görüşdür.
Həmin gün Brüsseldə NATO-ya üzv 30 ölkənin hərbi liderlərinin iki günlük toplantısı planlaşdırılır.
Stoltenberq cümə axşamı Rusiyanın sərhəddə hərbi birləşmələrini artırmasına və Kremlin artan aqressiv ritorikasına qarşı Ukraynaya dəstəyi bir daha təkrarlayıb.