NATO-nun baş katibi Rusiyanı Balkan ölkələrinin alyansa qəbuluna müdaxilə etməkdə günahlandırıb.
Yens Stoltenberq bunu Brüsseldə Euronews-a verdiyi eksklüziv müsahibəsində deyib.
Skopye parlamentinin əksəriyyəti NATO-ya üzv olmaq istəyirdi. Serbiya isə quruma üzv olmaq istəmədiyini bəyan edir. Biz buna hörmət edirik.
"Rusiya suveren dövlətlərin siyasi proseslərinə müdaxilə edir. Mən bunun yanlıq olduğunu düşünürəm," deyə NATO-nun baş katibi bildirib.
O əlavə edib ki, alyans müstəqil dövlətlərin qərarlarına hörmətlə yanaşır.
"Skopye parlamentinin əksəriyyəti NATO-ya üzv olmaq istəyirdi. Serbiya isə quruma üzv olmaq istəmədiyini bəyan edir. Biz buna hörmət edirik," Yens Stoltenberq bildirib.
O, Rusiyanın da suveren dövlətlərin qərarlarına hörmətlə yanaşmasının mühümlüyünü vurğulayıb.
Stoltenberq Vaşinqton və Moskvanın qısa və uzunmənzilli raketlərin istifadəsini qadağan edən sazişdən çıxması məsələsinə də toxunub.
Vaşinqton Rusiyanı sazişin şərtlərini pozmada ittiham edir.
"Biz silah yarışı istəmirik. Rusiyanın sazişə qayıtmasına çalışırıq" - deyə, NATO rəhbəri bildirib. O, Rusiyanın sazişə qayıda biləcəyinə dair inamını da dilə gətirib.
Sənəd 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və Sovet İttifaqının lideri Mixail Qorbaçov tərəfindən imzalanıb.