Accessibility links

NATO: Rusiya hərbi oyunlardan öncə hərbi gücünü artırır


Rusiya əsgərləri 2017-ci ildə Novosibirsk ətrafında hərbi təlimlər zamanı
Rusiya əsgərləri 2017-ci ildə Novosibirsk ətrafında hərbi təlimlər zamanı

NATO bildirir ki, Rusiya və Çin arasında gələn ay keçiriləcək hərbi təlimlər Moskvanın diqqəti genişmiqyaslı münaqişə üzərində saxladığını göstərir.

Şimali-Atlantik alyansın sözçüsü Dilan Uaytın çərşənbə günü bildirdiyinə görə, Soyuq müharibə dövründən bəri ən böyük hərbi manevrlər hesab edilən Vostok-2018 təlimləri göstərir ki, “Rusiya genişmiqyaslı münaqişəni diqqətdə saxlayır”.

Rusiya çərşənbə axşamı günü son 40 ildə ən genişmiqyaslı hərbi təlimlər keçiriləcəyini elan edib. Təlimlərdə Çinin və Monqolustanın da ordularının iştirak edəcəyi bildirilir.

Vostok-2018 adlanan hərbi təlimlərə Rusiya hərbi qüvvələrinin 300 minə yaxın əsgəri, mindən çox hərbi təyyarə, Rusiyanın hərbi dəniz donanmasının iki flotiliyası, hərbi hava qüvvələrinin bütün birləşmələri cəlb olunacaq.

NATO-nun başçılığı ilə Gürcüstanda "Ləyiqli Tərəfdaş 2018" hərbi təlimləri, 28 iyul, 2018.
NATO-nun başçılığı ilə Gürcüstanda "Ləyiqli Tərəfdaş 2018" hərbi təlimləri, 28 iyul, 2018.

Çinin Sinhua xəbər agenltiyinin verdiyi məlumata görə, Çin təlimlərə 3 min 200 nəfərdən ibarət əsgəri qüvvə və 900 ədəd silah göndərəcək.

NATO sözçüzü bildirib ki, bunlar “Rusiyanın daha iddialı olduğu, müdafiə büdcəsini və hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırdığını” göstərən nümunəyə uyğundur.

NATO Moskvanın sentyabrın 11-dən 15-nə kimi keçiriləcək hərbi təlimlərə müşahidəçilərin göndərilməsinə dair dəvətini nəzərdən keçirir.

Hərbi manevrlər Rusiya ilə Qərb arasında münasibətlərin gərgin olduğu bir vaxta təsadüf edir. Rusiya özünün qərb sərhədində NATO hərbi alyansının Moskvanın bildirdiyi kimi əsassız şəkildə gücləndirilməsi ilə bağlı narahatlıqlarını bildirib.

NATO isə Şərqi Avropada qüvvələrin Rusiyanın 2014-cü ildə Ukraynanın Krım yarımadasını işğal etməsi və Ukrayanın şərqində separatçılara dəstək verməsindən sonra Moskvanın mümkün hərbi təcavüzünün qarşısının alınması məqsədilə yerləşdirildiyini bəyan edir.

XS
SM
MD
LG